Fuad Cəbrayılov: Azərbaycan haqqın, ədalətli sülhün tərəfdarıdır
19-10-2022, 12:30
142 dəfə baxılıb
Bu gün, oktyabrın 15-i torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən leytenant Əliyev Samir Əliheydər oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhid valideynləri və rayon ictimaiyyəti Şəhidin II Fəxri Xiyabanda məzarını ziyarət edib, önünə gül dəstələri düzərək dualar oxuyub, ruhunu böyük ehtiramla anıblar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində RİH başçısı Əziz Əzizov Şəhidin doğmalarına səbr diləyərək bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Tətbirdən sonra ehsan süfrəsi açılıb.
Şəhid Fərid Hüseynzadəyə həsr olunan anım tədbiri keçirilib
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və "İgidliyə görə" medallarına layiq görülən şəhid Hüseynzadə Fərid Eldəniz oğlunun anım günü qeyd olunub.
İlk öncə Şəhidin dəfn olunduğu Bülbülə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
RİH başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
79 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə məktəblilər tərəfindən Fərid Hüseynzadənin xatirəsinə həsr olunan və həyatından bəhs edən video-çarx nümayiş olunub, şəhidlərimizə, vətənə və qələbəyə həsr olunan şeirlər səsləndirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin ailəsinə başsağlığı verərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdüyü üçün şəhidin valdeyinlərinə minnətdarlığını bildirib. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağı və unudulmayacağını bildirən rayon rəhbəri, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusunun dövlətimizin başçısı tərəfindən orden və medallarla təltif edildiyini vurğulayıb. Ə.Əzizov Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Suraxanı rayonunda da davam etdirildiyi diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətinin yüksək qiymətləndirildiyi, bütün şəhidlərimizin ruhuna ehtiram göstərildiyi, xatirəsinin uca tutulduğu vurğulanıb. Fərid Hüseynzadənin qısa, lakin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyəsində xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov - Düz 31 il öncə Azərbaycan müstəqilliyini bərpa etdi. Həmin tarixi hadisə ərəfəsində baş verənlərə nəzər salanda, görürük ki, SSRİ-nin saxlanması üçün referendum keçirən, hətta Moskvadakı 1991-ci il avqust qiyamından, ittifaqın dağılması üçün son cəhddən belə mədəd uman Azərbaycanın ovaxtkı rəhbərliyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasının qarşısını ala bilmədi. Bununla da XX əsrin əvvəlində müstəqillik elan edən Azərbaycan Respublikası bolşevik işğalına məruz qaldıqdan 71 il sonra, XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşdu.
Onu da vurğulamaq yerinə düşər ki, 1991-ci il oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Bu xüsusi məqamlar onu deməyə əsas verirdi ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə 70 il əvvəl itirilmiş müstəqilliyini bərpa edib.
Müstəqilliyin bərpası zamanı və ondan sonra hakimiyyətdə olan qüvvələr qəbul edilən qanunvericilik aktlarına və qərarlara hörmətsizlik nümayiş etdirdikləri kimi, tarixi varisçilik prinsipini də arxa plana keçirmişdilər. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, daha doğrusu XX əsrin əvvəlində Azərbaycan Respublikasının müstəqillik qazanmasının, habelə mövcudluğunu şərtləndirən tarixi hadisələrin mahiyyətinə ötəri yanaşmışlar. Məsələn, həmin qüvvələr Azərbaycan Ordusunun yaranmasını 9 oktyabr kimi o qədər də tarixi əhəmiyyət kəsb etməyən gündə qeyd etməyi belə özlərinə rəva bilmişdilər.
Amma Ümimmilli Lider Heydər Əliyev Azərbaycan Respublikasında hakimiyyətə qayıtdıqdan sonra məhz tarixi varisçilik prinsipi əsas götürülərək 1918-ci ildə xalqımızın əlamətdar hadisələrinin özünməxsus və hörmətə layiq şəkildə qeyd edilməsi yönündə mühüm addımlar atılıb. Onların arasında müstəqil ölkənin müdafiəsi və təhlükəsizliyi üçün xidmət göstərən qurumların yaradılması tarixlərinin xüsusi olaraq qeyd edilməsi üçün müvafiq qanunvericilik aktlarının, sərəncam və fərmanların imzalanmasını da göstərmək olar.
Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki, Ulu Öndər ikinci dəfə Azərbaycanda rəhbərliyə gəlməmişdən öncə də Azərbaycan Respublikasının müstəqilliyinin bərpası yönündə atılan mühüm tarixi addımlar Onun adı ilə bağlıdır. Belə ki, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırılıb. Eyni zamanda, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılıb. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul edilməsi və icra edilməsi böyük cəsarət tələb edirdi. Bununla yanaşı, müstəqilliyimizin bərpasından bir qədər əvvəl, 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti sayəsində muxtar respublikada böyük işlər görülüb. Həmin dövrə nəzər saldıqda, bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu ortaya çıxır. Əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilasıdır.
Onu da vurğulamaq yerinə düşər ki, 2021-ci il oktyabrın 18-də Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Onun layiqli davamçısı, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında tarixi Zəfər qazanılması sayəsində Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edib. Həmin ərəfədə Azərbaycan Respublikasının Milli Məclisi müstəqillik və müstəqilliyin bərpası ilə bağlı qanunu müzakirə edərək, “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 15 oktyabr 2021-ci il tarixində həmin qanun təsdiq olunub və tarixi ədalət bərpa edilib. Belə ki, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğu nəzərə alınaraq mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Beləliklə, artıq ötən ildən 28 may Müstəqillik Günü və 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməyə başlanıb. 1918-ci il mayın 28-də müstəqilliyini dünyaya bəyan edən Azərbaycan xalqı 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətini yaradıb, qısa müddətdən sonra müstəqilliyini itirsə də, 70 ildən sonra istiqlalını bərpa edərək, çoxəsrlik dövlətçilik ənənələrini davam edirib. Sevindirici haldır ki, Azərbaycan xalqı artıq 31 ildir ki, müstəqilliyimizin bərpasını bayram edir. Bu tarixi fakt isə müstəqilliyimizin əbədi və dönməzliyinə şübhə yeri qoymur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR