Məhəmməd Balaqadaşov: Prezident İlham Əliyevin Praqa səfəri Azərbaycanın növbəti diplomatik qələbəsi oldu
11-10-2022, 10:48
101 dəfə baxılıb
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovdur.
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Məhəmməd Balaqadaşov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov - “Prezident İlham Əliyevin Praqa səfəri həm Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə yüksəlməsi, həm də sülh prosesində irəliləyişlərin əldə olunması baxımdan əhəmiyyətli oldu”.
Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal əməkdaşlığın aparılır, əlaqələr mahiyyətcə yeni müstəviyə çıxır və qarşılıqlı etimad artır: “Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur və bu əlaqələr şaxələndirilmiş xarakter alıb. Təsadüfi deyil ki, hazırda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və hazırda İttifaqın 9 üzv ölkəsi ilə respublikamız arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Avropa İttifaqının üzvlərinin üçdəbir hissəsinin Azərbaycanla strateji əməkdaşlıq əlaqələrində olması İttifaqın Azərbaycana olan marağından və verdiyi əhəmiyyətdən də irəli gəlir. Elə bu səbəbdəndir ki, Avropa İttifaqı və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir və Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Heç şübhəsiz ki, Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”.
Daim sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmiz bu gün də yeni reallıqlar fonunda bölgədə sülh, təhlükəsizlik, sabitlik, inteqrasiya və əməkdaşlıq mühitini gücləndirmək üçün strateji təşəbbüslərlə çıxış edir. Eyni zamanda Azərbaycan regionda çoxtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarı olaraq bu məsələdə prinsipial geosiyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin müəllifi olduğu yeni regional geosiyasi mənzərə təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və dünya siyasətinin güc mərkəzləri üçün də mühüm dividentlər vəd edir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, işğalçı Ermənistanın sərsəm iddialar irəli sürməklə hər vəchlə sülh prosesindən yayınmağa çalışsada, sülhə gəlməkdən başqa çarəsi yoxdur. Bu gün Azərbaycan reallıqlarını dünya görür və qəbul edir. Ölkəmizin yaratdığı yeni reallıqlarla Ermənistan və digər ölkələr də hesablaşmalıdır.
BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdam şəhərində keçirilən Milli Şəhərsalma Forumu zamanı söylənilən fikirlər də Azərbaycan həqiqətlərini dünyaya bəyan etmək baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Forumun iştirakçıları Ağdamda erməni vandalizminin əyani şahidi oldular.
Eyni zamanda bu Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi və həlli yollarının müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.
Prezident İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu nitq söyləyərək, Ağdamın müharibə zamanı deyil, işğal illərində məqsədli şəkildə viran qoyulduğunu, bir vaxtlar dağlıq və aran Qarabağın ən abad yaşayış məntəqələrindən biri kimi inkişaf edən Ağdamın indi xarabalıqları xatırlatdığını bildirməsi və xarici ölkə vəzifəliləri və mətbuat nümayəndələrinin Erməni vandalları tərəfindən viran edilmiş Ağdamı əyani şəkildə görməsi, Azərbaycan ədalətli tərəf olduğunu bir daha bəyan edir. İşğal illərində erməni vandalları 10 min kvadrat kilometrdən çox ərazini viran edib, evləri söküb talayaraq yaralı materiallarını Ermənistana daşıyıblar. Meşələrimiz qırılıb, təbii sərvətlərimiz, kənd təsərrüfatına yararlı torpaqlarımız qeyri-qanuni yollarla istismar edilib. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzün kədərli mirasını görür və şahidi olduğu mənzərədən heyrətə gəlir.
Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində Azərbaycan xalqının humanitar böhranla üz-üzə qaldığına diqqət çəkib. Bu xüsusda fikirlərini bölüşən dövlətimizin başçısı “Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb”, - deyə vurğulayıb. İşğalçı Ermənistan 30 il ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız, beynəlxalq hüququn normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan əslində işğal nəticəsində yaranan keçmiş status-kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi.
Xüsusilə qeyd edilməlidir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılmasının şahidi olsalar da, riyakarcasına davranaraq Ermənistanı heç vaxt qınamayıblar. 28 illik “fəaliyyəti” dövründə Minsk qrupu tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. Bütün bunların müqabilində indi müəyyən dairələrdə Minsk qrupunun fəaliyyətinin yenidən bərpasına cəhdlərin edilməsi qəbuledilməzdir.
Bütün bu kimi mənfi təsir və təzyiqlərə baxmayaraq ölkəmiz ərazi bütövlüyünü 44 günlük müharibədə öz gücünə təmin etdi. Artıq münaqişə həllini tapıb. Hər hansı vasitəçiliyə artıq ehtiyacımız yoxdur. Bununla belə, həm Ermənistandakı qüvvələr, həm də bu ölkənin xaricdəki havadarları Qarabağda yaşayan erməni əhalisinə ayrıca bir status verilməsi tələbini irəli sürürlər. Amma bütün bunlar əbəsdir. Azərbaycan unitar dövlət modelinə malikdir və bu modeli də dəyişmək niyyətində deyil. Eyni zamanda, Azərbaycan dövləti ölkə ərazisində yaşayan bütün fərqli etnik mənşəyə və etiqada malik insanlara bərabər hüquqları təmin edir. Qarabağda yaşayan müəyyən sayda ermənilərə də hər hansı imtiyazlar və yaxud üstünlüklər verilə bilməz. Dövlətimiz özünün bütün digər vətəndaşları kimi, onların da hüquqlarının qorunmasına tam təminat verir. Bu barədə birmənalı olaraq mövqeyini ifadə edən Prezident İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın sülhün tərəfdarı olduğunu bir daha bəyan edib.
Bu gün Azərbaycan ənənələrinə sadiq qalaraq qarşı tərəfə beş bənddən ibarət beynəlxalq hüququn normalarına əsaslanan sülh paketi təqdim edib. Sülh prosesi ilə bağlı müəyyən nikbinlik var və Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir və başqa çıxış yolu da yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR