xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Vəzir Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

4-10-2021, 11:55 79 dəfə baxılıb

Vəzir Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır


Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vəzir Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də ərazimizdə yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənovdur.

Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vəzir Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vəzir Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Vəzir Həsənovdan danışdılar yaxşı ki, Vəzir Həsənov Sumqayıt Gömrük İdarəsinin rəisidir… Vəzir Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənov - 30 ildir düşmən tapdağında qalan torpaqlarımız artıq tam azaddır. Ordumuzun qətiyyətli hücumu və şücaəti qarşısında düşmən duruş gətirə bilmədi. Ermənistanın fasilərlə 6 il ərzində işğal etdiyi Qarabağ bölgəsi igidlərimizin canı bahasına 44 gün gün ərzində azadlığına qovuşdu. Şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi şücaət, qazandığı qələbə nəticəsində qəlbimizi riqqətə gətirdi, qələbə həsrəti ilə alışıb-yanan ürəklərimizə su səpdi.

Münaqişə artıq öz həllini tapıb. İndi qəlbimiz fəxarət hissi ilə doludur. Uşaqdan-böyüyə, cavandan yaşlısına kimi hər kəs zəfər yürüşünün bir parçası oldu. Bütün Azərbaycan xalqı, Şanlı Ordumuz, rəşadətli və cəsur əsgərlərimiz Prezident və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdi, onun qətiyyətinə və dönməz iradəsinə arxalanaraq, düşmən üzərinə gözünü qırpmadan getdi. Elə bunun sayəsində Azərbaycan düz bir il bundan əvvəl sentyabrın 27-də başlatdığı azadlıq müharibəsini 44 gün ərzində möhtəşəm zəfərlə başa vurdu. Məğlubedilməz ordu bütün qüvvələri ilə irəli atıldı və uzun illərdən bəri formalaşdırılan erməni mifini darmadağın etdi. Biz bu gün qalib ordunun, qalib xalqın nümayəndələriyik.

Cənab Ali baş komandan çox gözəl vurğulayıb “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi qürurla yaşayacağıq”. Çünki, güclü, nizamlı orduya sahib Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etdi. Uzun illər erməni əsarəti altında qalan torpaqlara indi rahatlıq və dinclik hökm sürür. Bu birlik və bu vəhdət bundan sonra heç vaxt sarsılmayacaq. Xatırladaq ki, Azərbaycanın çoxəsrlik tarixində belə möhtəşəm və tam qələbə olmayıb.

İndi biz tarixi torpaqlarımıza qəhrəman xalq kimi geri qayıtdıq. Hələ uzun illər danışılacaq bu zəfər həm dünyanın, həm də regionun mənzərəsini tam dəyişdi. Sabitliyinin və təhlükəsizliyin təminatçısı olduğumuzu bir daha dünyaya sübut etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi