Sevindik Hətəmov: Hər günü zəfər salnaməmizə çevrilən Vətən müharibəsi
26-09-2022, 11:57
131 dəfə baxılıb
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov - “Xalqımız Azərbaycanın hərb tarixinə əbədi həkk olunan, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinin birinci gününü Prezident İlham Əliyevin sərəncamı ilə Anım günü kimi böyük qürur hissi ilə qeyd edir”.
Bu gün bizim bayrağımız Ali Baş Kmandanımızın, müzəffər Ordumuzun, haqq yolunda, Vətən uğrunda həlak olan qəhrəman şəhidlərimizin şücaəti nəticəsində azad edilmiş torpaqlarda ucalır. Artıq bütün dünya beynəlxalq təşkilatların qərar və qətnamalərinə məhəl qoymayan Ermənistan işğalçılarının mənfur niyyətlərinə şahidlik etdi. Hər kəs gördü ki, xalqımız 30 il ərzində ermənilər tərəfindən milli dövlətçiliyimizə və azərbaycanlılara qarşı törədilən qanlı cinayətlərlə barışmadı. Səbri daşan xalqımız Zəfərə gedən yolun ilk günündən Ali Baş Komandanın ətrafında sıx birləşərək 200 ilə yaxın davam edən ədalətsizliyə, haqsızlığa son qoymaq və öz dədə-baba torpaqlarını işğaldan azad etmək üçün ölüm-qalım savaşına qalxdı. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğratdı, nəhayət, Ermənistan silahlı qüvvələri ağ bayraq qaldırmaq məcburiyyətində qaldı.
Zəfərə gedən bu yolda Ordumuzun yüzlərlə zabiti, əsgəri şəhidlik zirvəsinə yüksəldi, minlərlə gəncimiz qazi oldu. Zaman-zaman qəsbkarlar tərəfindən işğal olunan Azərbaycanın tarixi torpaqları erməni-daşnak qüvvələrindən təmizləndi. Qəhrəman döyüşçülərimizin Vətən sevgisi, Vətən məhəbbəti, torpağa, yurda bağlılığı Vətən müharibəsində qələbəmizi reallığı çevirdi.
Azərbaycan xalqı Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını, doğma yurdlarından didərgin salınan, ağrı-acılara düçar oan soydaşlarımızı, günahsız qurbanları heç zaman unutmadı, yaddan çıxarmadı. Məhz bunun üçün də xalqımız, müzəffər Azərbaycan Ordusunun igid əsgər və zabitləri 44 günlük Vətən müharibəsində torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə şücaət göstərərək düşmənə qalib gəldi, parlaq qələbə qazandı. Vətənə sevgi, dövlətə, xalqa bağlılıq Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdırmağa, hərb meydanında düşmənə qalib gəlməyə səbəb oldu.
Azərbaycan 44 gün ərzində XXI əsrin müharibəsini apardı, 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən noyabrın 10-dək Vətən müharibəsində işğalçı Ermənistanı böyük itkilərə məruz qoydu. Eyni zamanda, şanlı Ordumuz döyüş meydanında düşmənin çoxlu sayda hərbi texnikasını qənimət kimi ələ keçirdi, öz gücünü bütün dünyaya göstərdi.
Bu gün düşməndən azad edilən Qarabağda geniş miqyasda bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” layihələri icra edilir, illərdi yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız evlərinə qayıdır. Bütün bunlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin artan iqtisadi inkişafı sayəsində həyata keçir.
“44 günlük Qarabağ müharibəsi bizim gücümüzü dünyaya göstərdi. Bu müharibədə iştirak edən hər kəsə, qazilərimizə böyük ehtiram və hörmət bəsləyən Azərbaycan xalqı şəhidlərimizi öz qəlbində əbədi yaşadacaq. Hər günü zəfər salnaməmizə çevrilən 44 gün davam edən Vətən müharibəsində qazanılan Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızın əziz xatirəsi əbədi yaşayacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR