xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Cabir Qurbanov: Ölkəmiz dinamik və dayanıqlı inkişaf yolundadır

19-07-2022, 14:10 64 dəfə baxılıb

Cabir Qurbanov: Ölkəmiz dinamik və dayanıqlı inkişaf yolundadır


8 saylı yol istirmar idarəsi Cabir Qurbanov - Postmüharibə dövrü ərzində ölkəmiz nəinki bütün istiqamətlər üzrə dinamik inkişaf tempini qorumağa nail olub, həttə əvvəlki illərə nisbətən daha böyük uğurlara imza atıb. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirənin əsas süjet xətti məhz bu tezis üzərində qurulmuşdu. Tədbirdə geniş nitq söyləyən dövlətimizin başçısı respublikada köklü islahatların reallaşdırılması, Azərbaycanın dünya düzənində rolunun və nüfuzunun möhkəmlənməsi, azad edilmiş Qarabağ torpaqlarında həyata keçirilən və nəzərdə tutulan layihələrlə bağlı fikirlərini bölüşmüş və müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Son 6 ay üzrə rəsmi statistik rəqəmlər onu göstərir ki, qarşıya qoyulmuş vəzifələr uğurla icra edilir. Bu yaxınlarda 2022 ci il üçün qəbul olunmuş dövlət büdcəsinin gəlirləri 29,2, xərcləri isə 32,3 milyard manat müəyyən edilmişdir. Bu, ölkəmizin müstəqillik dövrünün ən böyük büdcəsidir. Böyük Qayıdışın təmin edilməsi üzrə Qarabağ və Şərqi Zəngəzurun vacib infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilən vəsaitin həcmi 3 milyard manata yaxındır ki, bu da əvvəlki dövrlə müqayisədə 500 milyon manat çoxdur.

44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda ordu quruculuğu və ərazi bütövlüyünün etibarlı şəkildə qorunması bu gün ən aktual məsələlər sırasındadır. Bu baxımdan, müdafiə və milli təhlükəsizlik xərclərinin ötən ilə nisbətən 500 milyon manat artırılaraq 5,1 milyard manata (3 milyard ABŞ dolları) çatdırılması tam məntiqlidir.

İqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas baza rolunu oynadığına diqqət yönəldən Prezident İlham Əliyev bu sahədə mövcud olan mənfi meyillərlə mübarizədə son illər nəzərəçarpacaq nailiyyətlərin əldə edildiyini və kölgə iqtisadiyyatının tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və təsirli tədbirlərin daha sərt şəkildə davam edəcəyini açıqlamışdır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan böyük bərpa və quruculuq işlərindən geniş və ətraflı bəhs edən ölkə başçısı Qarabağ torpaqlarının dirçəldilməsinin ən önəmli vəzifələrdən biri olduğunu bir daha dilə gətirmiş və bu istiqamətdə nəzərdə tutulan bütün layihələrin vaxtında və ən yüksək keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə qlobal təşəbbüsləri ilə beynəlxalq aləmdə daha güclü söz sahibinə çevrilmiş, daha nüfuzlu mövqe əldə etməyə nail olmuşdur. Bu müstəvidə görülən işlərdən söz açan cənab İlham Əliyev demişdir: “Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır”.

Prezidentin çıxışında ölkə ictimaiyyətinin və siyasi dairələrin diqqətini daha çox çəkən məsələlərdən biri 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini və Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 2020-ci il 10 noyabr Moskva Bəyannaməsinin müddəalarının yerinə yetirilməsi ilə bağlı mövcud vəziyyətin təhlilidir. Məsələ burasındadır ki, humanist yanaşma nümayiş etdirən Azərbaycan münasibətlərin normallaşması üçün göstərdiyi səylərə rəsmi İrəvanın mövqeyi heç də adekvat deyil. Həmin tarixdən 1 il 8 ay keçməsinə baxmayaraq, bölgədəki sülh üçün təhdid olan Ermənistan yenə də boynuna götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınaraq ancaq təxribatlar törətməklə məşğuldur.

Bu öhdəliklərdən biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, digəri isə Zəngəzur dəhlizinin açılması ilə bağlı problemlərdir. Cənab İlham Əliyev müşavirədə bəyan etdi ki, Azərbaycan məsələni eyni zamanda Rusiyanın hərbi rəhbərliyi qarşısında da qaldırıb və bu vəziyyətlə barışmaq fikrində deyil: "Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir".

Prezident İlham Əliyev bir neçə dəfə bu ölkənin rəhbərliyinə və revanşist qüvvələrə səslənərək bölgədə təhlükəsizliyin təminatı olan sülh müqaviləsinin imzalanmasının Ermənistana gətirəcəyi iqtisadi və siyasi dividendləri də açıqlayıb. Lakin son vaxtlarda məğlub ölkənin davranışı, "status" və ya "Dağlıq Qarabağ" münaqişəsi kimi ifadələrin işlədilməsi göstərir ki, mənasız xəyallar girdabında çabalayan Ermənistan çox yaxın keçmişdə baş verənlərdən hələ tam nəticə çıxara bilməyib.

Dövlətimizin başçısı bir daha Ermənistanın bu cür davranışlarının onun üçün heç də yaxşı görünmədiyini vurğulamaqla qonşu ölkəyə bir daha ciddi xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırmışdır.

Beləliklə, Prezident İlham Əliyevin müşavirədə nitqindəki müddəaların siyasi təhlili belə bir əminlik yaradır ki, Azərbaycan indiyədək formalaşmış güclü iqtisadi baza, getdikcə yüksələn beynəlxalq nüfuz və sarsılmaz milli həmrəylik amilləri üzərindən dayanıqlı inkişaf yoluna uğurla davam edəcək və qarşıya qoyulan bütün hədəflərə nail olacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi