xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Şakir Əhmədov vəzifəsini şərəflə yerinə yetirir

4-06-2022, 02:23 144 dəfə baxılıb

Şakir Əhmədov vəzifəsini şərəflə yerinə yetirir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Şakir Əhmədov vəzifəsini şərəflə yerinə yetirir


Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şakir Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədov - Müasir dünyada iqtisadiyyatın və əhalinin davamlı olaraq yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliyi problemi ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edərək, dövlətin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri hesab olunur. Azərbaycanda enerji təhlükəsizliyi sisteminin arxitekturası 1970-ci illərin əvvəllərində Azərbaycan Respublikasına rəhbərlik edən ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmışdır.1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin ilk işlərindən biri vaxtilə bünövrəsini qoyduğu enerji təhlükəsizliyi sistemini düşdüyü ağır vəziyyətdən xilas etmək oldu. Seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verdi. 1994-cü ildə Ümummilli Liderin qətiyyəti, güclü daxili və xarici siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Həmin proqrama əsasən, yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur. Eyni zamanda, neftayırma zavodlarının yenidən qurulmasına başlandı.

Ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan öz neftini nəql etmək üçün cəmi bir marşruta-Şimal marşrutuna malik idi. Hər hansı bir ölkədə istehsal olunan neft, təbii qaz o zaman xalqa və dövlətə səmərə verər ki, bu sərvət dünya bazarına çıxarıla bilsin. Ona görə də ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan neftinin dünya bazarına nəqli yollarının dəqiq müəyyənləşdirilməsi idi. Bütün bu işləri həyata keçirən Heydər Əliyev dühası sanki Azərbaycanın bu gününü görürdü. Bilirdi ki, vaxt gələcək bu işlər müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət edəcəkdir.

Bu gün ölkəmizdə enerji təhlükəsizliyi Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının təməl prinsiplərindən biridir. Ölkəmiz öz enerji resurslarını dünya bazarına çıxarmaqla yanaşı bölgədə əsas tranzit ölkəsi kimi də çıxış edir. Xəzərin enerji ehtiyatlarının Avropa üçün əsas alternativ enerji mənbəyinə çevrilməsi Azərbaycanın mövqelərini və Qərblə əməkdaşlığını daha da möhkəmləndirib. Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir.

İyunun 1-də 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha qeyd edib ki, energetik müstəqilliyi və energetik təhlükəsizliyi təmin etmək, davamlı qorumaq ölkəmiz üçün daim dominant aktual vəzifə olaraq qalacaqdır. Hazırda Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və nəzarəti sayəsində ölkəmizdə çox böyük həcmli infrastruktur layihələri həyata keçirilir. Statistik araşdırmalar və müşahidələr sübut edir ki, Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub və s. iri layihələrdə iştirakı bölgədə təhlükəsizliyin və sülhün qarantı, davamlı iqtisadi inkişafın təmınatçısı kimi həyati əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, neft bizim üçün məqsəd deyil, ölkəmizin qarşıya qoyduğu məqsədlərə çatması üçün bir vasitə roludur. Bu gün ölkədə mühüm qlobal proqramlar, irimiqyaslı layihələr, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlət proqramları həyata keçirilməkdədir ki, bütün bunlar da ən ümdə məqsədə - Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına, eləcə də ölkədə davamlı iqtisadi inkişafın bərqərar edilməsinə xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi