xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Zöhrab Camalov: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 10 illik yubileyini böyük ruh yüksəkliyi ilə qarşılayır

12-02-2022, 15:02 407 dəfə baxılıb

Zöhrab Camalov: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 10 illik yubileyini böyük ruh yüksəkliyi ilə qarşılayır



Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beylaqan rayon bölməsinin rəis polkovnik Zöhrab Camalov - “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir”.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Dünyada nüfuz sahibinə çevrilən Azərbaycan ötən illərdə böyük nailiyyətlər əldə etmiş, strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi qayğı və diqqəti ilə davam etdirilən hərb quruculuğu prosesinə də əhəmiyyətli təkan vermişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artmış, Silahlı Qüvvələrimiz öz döyüş qabiliyyətinə görə dünyanın ən güclüləri sırasında yer almışdır. Sözsüz ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Çıxışlarının birində ordu quruculuğu prosesinə toxunan Ulu Öndər demişdir: “Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır.

Zöhrab Camalov: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 10 illik yubileyini böyük ruh yüksəkliyi ilə qarşılayır


Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır”. Müasir dövlətimizin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin başladığı işləri davam və geniş miqyasda inkişaf etdirən dövlətimizin başçısının hər zaman qarşıya qoyduğu vəzifə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılması olmuşdur. Bu mənada güclü ordu formulu siyasi hakimiyyəti dövründə Möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən biri kimi diqqəti cəlb edir. Azərbaycan Silahlı Qüvvələrinin yüksək və peşəkar hərbçi kadrlarla təmin edilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş hazırlığının artırılması dövlət siyasətinin əsas tərkib hissəsidir. Qürurverici haldır ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır. 2020-ci ilin 27 sentyabrından başlayıb 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı qətiyyətli, inamlı və sistemli strateji siyasi xəttin məntiqi nəticəsi olaraq, müzəffər Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı və möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Çox böyük qürurverici haldır ki, Silahlı Qüvvələrin bütün şəxsi heyəti yüksək şücaət, fədakarlıq və cəsarət nümunələrini ortaya qoyaraq, qisas və qələbə hissi ilə yaşayaraq, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yüksək peşəkarlıqla yerinə yetirdi. Azərbaycan əsgəri yalnız öz gücünə və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu əzmkarlıqla nümayiş etdirdi. Birmənalı şəkildə demək olar ki, Azərbaycan Silahlı Qüvvələrinin bu şanlı hərbi qələbəsi son iki yüz illik tariximizin ən böyük zəfəridir. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Vətən müharibəsinin ilk günündən qəti qələbə əzmi, dönməz və qətiyyətli iradəsi, mahir siyasətçi və əzmkar sərkərdəlik məharəti ilə düşmənə və onun dünyadakı havadarlarına verdiyi tarixi dərslərin, xalqımızın taleyində ən parlaq səhifə olan qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, Azərbaycan əsgərinə, zabitinə və xalqımıza necə güc verdiyini böyük iftixar hissi ilə qeyd etmək istərdim.

Zöhrab Camalov: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 10 illik yubileyini böyük ruh yüksəkliyi ilə qarşılayır


2020-ci ilin dekabrın 10-da keçirilən Silahlı Qüvvələrimizin qazandığı tarixi Qələbənin təcəssümü olan Zəfər paradında Azərbaycan Prezidenti, Ali Baş Komandan demişdir: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”. Vətən müharibəsi günlərində xalqımıza xas olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin təcəssümü idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, bir yumruq kimi milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Azərbaycan xalqı bütün dünyaya sözün həqiqi mənasında birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsiz və danılmazdır. Biz birlikdə güclüyük! Ölkəmizdə bütün uğurları şərtləndirən müstəqil dövlət quruculuğu proqramı, islahat və inkişaf platformasının tərkib hissəsi olaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Xidmət yarandığı ilk gündən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Silahlı Qüvvələrimizin quruculuğu sahəsində müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. Ötən müddətdə Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesinin təkmilləşdirilməsi Azərbaycanda çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizmin yaradılması ilə də ortaya qoyulmuşdur. Xidmət ötən 10 ildə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsaslı işlər görmüşdür. Mərkəzi icra hakimiyyəti orqanı olaraq öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”ni və Xidmətin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktları rəhbər tutmaqla qurmuşdur. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 10 ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı tədbirlər görülmüş, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçmişdir. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, Vətən müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin mütəşəkkil qaydada icrası təmin edildi. Təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılması və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlər həyata keçirildi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər – əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanların 35 yaş, zabitlərin isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunması, Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi-nəqliyyat vasitələri ilə təmin olunması müvəffəqiyyətlə icra edildi. Xidmət səfərbərlik və hərbi xidmətə çağırış prosesini həyata keçirən qurum kimi bir növ Azərbaycan Silahlı Qüvvələri ilə cəmiyyət arasında körpü rolunu oynayır. Cəmiyyətin Silahlı Qüvvələrimiz haqqında rəyinin formalaşmasına vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesi mühüm təsir göstərir. Məhz bu baxımdan Xidmətin qarşısında qoyulan ən mühüm vəzifə həqiqi hərbi xidmətə çağırışın Azərbaycan Respublikası qanunlarına müvafiq qaydada təşkil edilməsidir. Müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması, ilk növbədə, vətəndaşların ilkin hərbi qeydiyyata alınması ilə başlanır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən Azərbaycan Respublikasının 15 yaşı tamam olmuş bütün kişi cinsli vətəndaşları tibbi şəhadətləndirilərək ilkin hərbi qeydiyyata alınırlar. İlkin hərbi qeydiyyata alınmada çağırış resursunun müəyyən edilməsi, çağırışaqədər yaş həddində olan vətəndaşların hərbi xidmətə yararlılıq dərəcəsinin dəqiqləşdirilməsi, mənəvi-psixoloji vəziyyətinin, təhsilinin və fiziki hazırlıq səviyyəsinin öyrənilməsi başlıca vəzifələrdəndir. SHXÇDX Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsinə fiziki və mənəvi-psixoloji cəhətdən sağlam, milli dövlətçilik ənənələrinə, tarixi köklərinə bağlı, ölkəmizin milli maraqlarının, ərazi bütövlüyünün, suverenliyinin qorunmasına sədaqətlə xidmət etməyə hazır olan gənclərin seçilməsində bütün zəruri imkanları səfərbər etməklə, həvalə olunmuş vəzifələrin icrasının layiqli təmin olunması istiqamətində sistemli tədbirlər həyata keçirir. Artıq neçə illərdir ki, çağırışçıların müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə qısa mesaj (SMS) vasitəsi ilə məlumatlandırılması, həmçinin qurumun rəsmi saytı üzərindən öyrənilməsi xidməti istifadəyə verilmişdir. Hazırda SHXÇDX tərəfindən göstərilən elektron xidmətlərin sayı 5-ə çatmışdır. Xidmətin saytı üzərindən hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron qaydada aparılır. Qısa müddətdə daxil olan müraciətlərin çoxluğu vətəndaşlar tərəfindən elektron xidmətlərin maraqla qarşılandığını göstərir. Eyni zamanda elektron xidmətlər bəzi neqativ halların qarşısının alınmasında, fəaliyyətimizdə şəffaflığın təmin olunmasında mühüm rol oynayır. Son illərdə Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılması və bu istiqamətdə dövlət siyasəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında da təxirəsalınmaz tədbirlər görülməsi zərurətini ortaya qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bu xoşagəlməz halların aradan qaldırılması üçün güclü siyasi iradə var, amma korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalı, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən müddət ərzində korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmiş, daxil olmuş məlumatlar əsasında araşdırmalar aparmış, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə barələrində toplanmış materiallar Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmişdir. Əməkdaşlarımızın "ASAN Xidmət" mərkəzlərində fəaliyyəti də müsbət dəyişikliklərdəndir. İlk növbədə onu vurğulamaq lazımdır ki, "ASAN Xidmət" mərkəzlərində Xidmətin səlahiyyətlərinə aid xidmət növlərinin həyata keçirilməsi təşəbbüsü məhz SHXÇDX tərəfindən irəli sürülüb. Bildiyimiz kimi, "ASAN Xidmət" bu gün artıq dünyada bir Azərbaycan brendi kimi tanınıb və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu işə öz töhfəsini verir. Bu gün bütün "ASAN Xidmət" mərkəzlərinə Xidmətin əməkdaşları ezam olunaraq fəaliyyət göstərirlər.

Zöhrab Camalov: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 10 illik yubileyini böyük ruh yüksəkliyi ilə qarşılayır


Həmçinin DOST mərkəzlərində fəaliyyət göstərən Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələrinin təyin olunması, şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına xidmətin göstərilməsinə dair Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmanların icrası ilə əlaqədar müvafiq şəraitin yaradılması təmin edilmişdir. Ötən müddət ərzində “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq müraciət etmiş vətəndaşların sənədlərinə Xidmətdə fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nda baxılmış və təsdiqedici sənədlər əsasında vətəndaşlara “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı”, “Əmək veteranı” adı və vəsiqəsi verilmişdir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuş, xəsarət almış və Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilmiş şəxslərə dair Müdafiə Nazirliyindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına daxil olmuş orden, medal və onların vəsiqələrinin aidiyyəti şəxslərə təqdim edilməsi təmin olunmuşdur. Vətən müharibəsində sağlamlığını itirmiş hərbi qulluqçuların, habelə şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin təmin edilməsi, maddi, tibbi, mənzil və digər sosial ehtiyaclarının qarşılanması istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumatların dövlət orqanları (qurumları) tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına real vaxt rejimində təqdim olunması üçün yaradılmış vmes.gov.az portalına müvafiq məlumatların yüklənməsi prosesi həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanına əsasən şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi yönündə müvafiq işlər aparılmışdır. O cümlədən həmin məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılmış “Zəfər” altsistemi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər davam etdirilməkdədir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, həmçinin hərbi-vətənpərvərlik işini daim diqqət mərkəzində saxlayır. Xidmətin fəaliyyətində çağırışçılarla işə xüsusi diqqət yetirilir. Belə ki, onların hələ orta məktəbdə təhsil aldığı dövrdən hərbi xidmətə hazırlanması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi həm qanunvericilik, həm də mənəvi baxımdan üzərimizə mühüm vəzifələr qoyur. Respublikada hərbi vətənpərvərlik işi vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissəsi olaraq Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Ən əsas məsələ ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, milli adət və ənənələrə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur. Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşa şəhərində olarkən Azərbaycan gənclərinin bu əzmkarlığını yüksək dəyərləndirərək demişdir: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz səlahiyyətləri çərçivəsində vətəndaşlara, xüsusən şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır, davamlı diqqət və qayğı göstərir. Artıq bir neçə ildir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti respublikamızın bütün şəhər və rayonlarında Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən Novruz Bayramı, Qurban Bayramı, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələrinə ziyarətlər təşkil etmişdir. Xidmətin savadlı və bacarıqlı əməkdaşlarla komplektləşdirilməsi işi yarandığı vaxtdan etibarən prioritet olaraq nəzarətdə saxlanılmışdır. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə ilə müəyyənləşdirildiyi kimi, Xidmətin kadr tərkibi hərbi qulluqçulardan və işçilərdən (dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan mülki işçilərdən) ibarətdir. Xidmətin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlara, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, Silahlı Qüvvələrin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Xidmətdə dövlət qulluqçularının qulluq keçməsi “Dövlət qulluğu haqqında” Qanunun, dövlət qulluqçusu olmayan mülki işçilərlə əmək münasibətləri isə Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Xidmətdə işçilərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, onların ailə üzvlərinin sağlamlıqlarının qorunması məqsədilə, “Həmkarlar ittifaqı haqqında” Qanuna müvafiq olaraq Xidmətin ilk həmkarlar ittifaqı təşkilatının təsis edilməsi təmin olunub. Ölkə rəhbərliyi səviyyəsində aparılan işlərin əsas hədəfi vətəndaşlara xidmət, vətəndaş məmnunluğunun təmin edilməsidir. Böyük qürur hissi ilə bildirirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir əməkdaşı xalqa, dövlətə sədaqətlə xidmət edir və yaxşı bilir ki, bu xidmətin alternativi yoxdur. Xidmətin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi