xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Anar Rəhimov: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulan vəzifələri yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir

8-01-2020, 12:55 716 dəfə baxılıb

Anar Rəhimov: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulan vəzifələri yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin rəisi Anar Rəhimov - Bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə və hərtərəfli inkişaf edir. Bu inkişaf prosesinin şahidi olmaq, onu izləmək çox qürurvericidir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizintərəqqisi və davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir.

Ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən yeddi ildə istər idarəetmənin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb.

Ali Baş Komandanın nəzarəti altında Silahlı Qüvvələrin təkmilləşdirilməsi prosesində SHXÇDX də daim diqqət mərkəzindədir. Xidmətin qarşısına vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar, qəbul etdiyi qərarlar Xidmətin şəxsi heyətini bu vəzifələrin icrası üçün daima səfərbər olmağa çağırır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin rəisi Anar Rəhimov Cocuq Mərcanlının tarixindən, birinci Qarabağ müharibəsi zamanı tamamilə bu kəndin dağıdılmasından, viran edilməsindən, əhalinin doğma yurd-yuvalarından məcburi köçkün düşməsindən, bu yerlərdə gedən qanlı döyüşlərdə neçə-neçə əsgər və hərbçimizin şəhid olmasından, itkin düşməsindən, 2016-cı ilin Aprel zəfərindən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə kəndin yenidən qurulmasından və Qarabağa qayıdışın ilk köçünün məhz Cocuq Mərcanlıya olmasından danışaraq dövlətimizin başçısına bütün cəbrayıllıların minnətdarlığını bildirib.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, SSHXÇDX-nin Cəbrayıl rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Rəhimovdur.

SHXÇDX-nin Cəbrayıl rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Rəhimov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Anar Rəhimov bu işin müqəddəsliyini qoruyub saxlayır. Anar Rəhimov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Bakuxeber.info olaraq sorğu apardıq ağız dolusu Anar Rəhimovdan danışdılar yaxşı ki, Anar Rəhimov SHXÇDX-nin Cəbrayıl rayon bölməsinin rəisi təyin olunub… Anar Rəhimov öz isguzarlığı ilə tanınır və seçilir….

Anar Rəhimov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ona etibar edilən bütün işlərdə Anar Rəhimov özünü doğruldub. Bizdə hörmətli Anar Rəhimovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi