Müstəqim Məmmədov: Bütün məsələlərdə siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyev bu il bir çox mühüm layihələrin reallaşmasına nail olacaq
4-02-2022, 11:54
87 dəfə baxılıb
Tərtər şəhərinin küçələrində təmir-abadlıq işləri davam edir
2022-ci ilin ilk ayından başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Hazırda Əli İsmayılov, Teymur Rəhimov küçələri boyunca istinad divarlarının fasad hissələrinin təmir işləri davam etdirilir. Küçələrdə kommunikasiya xəttləri qaydaya salınır, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Ardıcıl olaraq Molla Pənah Vaqif, Nəsimi, Mübariz Kərimov və Vasif Hüseynov küçələrində də əsaslı təmir işləri aparılacaq.
Şəhərin Mübariz İbrahimov küçəsində isə asfaltlanma işləri başa çatıb.
Artıq Tərtərdə quruculuq təmir-bərpa işləri davamlı xarakter alıb. Sakinlər görülən işlərdən razı qalır, göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Tərtər rayonunun Sarcalı kəndində şəhidlərin xatirəsinə tikilmiş bulağın açılışı olub
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov çıxış edərək 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirdə digər çıxış edənlər kəndin şəhidlərindən, onların Vətən müharibəsində göstərdikləri döyüş şücaətindən, gənclərə nümunə olmalarından, ordu-xalq-iqtidar birliyindən danışıblar. Şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
Sonra şəhidlərin xatirəsinə tikilmiş xatirə bulağının da açılışı olub.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tərtər rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov - “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə qardaşlığının zirvəsidir. “Ən çətin dövrlərdə bir-birinə əsl qardaş dəstəyi nümayiş etdirən, qədim və sarsılmaz köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı dünyaya əsl nümunədir. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığı haqqında "bir millət, iki dövlət" kəlamı, eyni zamanda Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir" kəlamı iki qardaş ölkə arasındakı əlaqələrin möhkəm, sarsılmaz və dərin köklərə malik olmasının təcəssümdür”.
Bu gün Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri, dostluq əlaqələri ölkə başçısı Cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ən yüksək səviyyədə və artan dinamika ilə inkşaf etməkdədir: “2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”-ni imzalaması ölkələrimiz arasındakı inkşafın zirvəsi hesab oluna bilər. “Şuşa Bəyannaməsinin 1921-ci il tarixli Qars müqaviləsindən düz 100 il sonra Şuşa şəhərində imzalanması dünyaya verilmiş mesajla yanaşı tarixi Qars müqaviləsinin davamı və müqaviləyə sadiqliyin təsdiqidir”.
“Şuşa Bəyannaməsi” Ermənistanın Türkiyəyə qarşı əsassız ərazi iddialarının və tarixi təhrif etmək cəhdlərinin üstündən xətt çəkdi: “Eyni zamanda Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan dövlətləri bir-birlərinin yanında olduğunu, ölkələrin təhlükəsizliyinə, suverenliyinə təhdid olacağı təqdirdə birgə hərəkət edəcəklərini dünyaya bəyan etmiş oldular. “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə arasında hərbi-siyasi, iqtisadi müttəfiqliyin inkşafı, həmrəyliyimizin və ölkələrimizin mövqeyinin dünya miqyasında daha da güclənməsi ilə yanaşı regionda təhlükəsizliyin təmin olunması baxımında mühüm əhəmiyyət kəsb edən sənəddir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR