Gəncə şəhərində təmizlik, abadlıq və yaşıllaşdırma işləri böyük vusətlə davam etdirilir
28-11-2019, 12:32
289 dəfə baxılıb
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin təşəbüsü ilə təmizlik və yaşıllaşdırma işləri görülüb
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin təşəbüsü ilə 2705 dairəsi, Xəlil Şeyxzamanov küçəsində təmizlik və yaşıllaşdırma işləri görülmüşdür. “DOST İş Mərkəzi”nin əməkdaşları yol boyunca əraziləri tullantılardan təmizləmiş, mövcud yaşıllıqlara qulluq etmişlər. Ağacların dibi yumşaldılmış, suvarılmışdır. Yeni ağac və gül kollarının əkilməsi üçün çalalar qazılmış, 100-dən artıq həmişəyaşıl ağac əkilmişdir.
Gəncə şəhərində təmizlik, abadlıq və yaşıllaşdırma işləri böyük vusətlə davam etdirilir
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti bu istiqamətdə növbəti iməcilik tədbirlərini Aeroport yolu, Akta 6 ərazisi, 2705 dairəsi, Məmmədqasım Əliyev və Əziz Əliyev küçələrində həyata keçirib.
İməcilik zamanı ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb. Ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb. Xüsusi ehtiyac olan yerlərə və yol kənarlarına yeni ağac və gül kolları əkilib. İməciliyə “DOST İş Mərkəzi”nin işçi qrupu cəlb olunub.
Həmçinin Səməd Vurğun və Eminbəyli küçələrində də iməcilik işləri görülüb. Həmin iməcilikdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti və “DOST İş Mərkəzi”nin işçi qrupu ilə birgə yerli sakinlər də yaxından iştirak ediblər.
Sözügedən tədbirlər mütəmadi olaraq davam etdirilir.Hər il olduğu kimi Gəncə şəhəri Nizami rayonunun fəaliyyətini Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan qanunvericiyinə, tövsiyələrinə və Gəncə şəhəri Nizami rayonunun 2019-cu il İş planına uyğun həyata keçirmişdir.
Mövcud qanunvericiliyə və təsdiq edilmiş İş planına əsasən hər ay Gəncə şəhəri Nizami rayonunun ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında sosial-maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, Gəncə şəhəri Nizami rayon sakinlərinin imkanlarımız daxilində müraciətlərini nəzərə alaraq küçə divarlarının suvaqlanması, rənglənməsi, bəzək işləri və təmir işləri görülmüşdür.
Gəncə şəhəri Nizami rayonu öz fəaliyyətində bu mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir.
Gəncə şəhəri Nizami rayon sakinləri 2019-cu ildə öz əksini tapmamış nöqsanların aradan qaldırılması üçün 2020-ci ildə daha yaxşı işləmək üçün Gəncə şəhəri Nizami rayonunun adından söz verir və öz fəaliyyətimizi Azərbaycan Respublikası Qanunları üzərimizə qoyduğu tələblərini nəzərə alaraq bütün qüvvəmizi səfərbər edərək öhdəsindən gəlməyə çalışacayıq.
Gəncə şəhəri Nizami rayonu gündən-günə gözəlləşir. Şəhərin təmiz qalmasında, parkların, fontanların, tarixi abidələrin qorunub saxlanmasında, təmirində, daha geniş layihələrin həyata keçirilməsində Gəncə şəhəri Nizami rayonunun icra başçısı Nizami Hacıyevin əzmlə işləməsi üçün yaxından köməklik göstərməyinizi xahiş edirik!
Nizami Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Nizami Hacıyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Nizami Hacıyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Nizami Hacıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Nizami Hacıyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Nizami Hacıyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Nizami Hacıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Nizami Hacıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə şəhəri Nizami rayonunun icra başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Bizdə hörmətli Nizami Hacıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR