Manaf Manafov: Həmrəyliyin bəhrəsini yaşayan xalq
29-12-2021, 12:21
445 dəfə baxılıb
Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov - Son illər ərzində Azərbaycanda hərbi sahəyə böyük diqqət yetrilir. Hərbiçilərin xidmət şəraiti onların istənilən vəzifəni icra edə biləcəyi formada qurulmuşdur. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr lazımı standartlara cavab verir.
Yalnız hərbiçilərin xidmət şəraiti deyil, eyni zamanda onların məişət-mənzil problemlərinin həlli də diqqət mərkəzində saxlanılır. 20 il orduda qüsursuz xidmət etmiş hərbiçilərə dövlət tərəfindən mənzillər verilir. 2200-dən çox hərbiçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Azərbaycanın müzəffər ordusu dünyada məhz müzəffər, qalib gəlmiş ordu kimi tanınır.
Müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb. Yeni kontraktlar əsasında Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Hərbiçilərin maaşlarının artırılması da onu göstərir ki, müharibənin başa çatmasına baxmayaraq, ordu quruculuğu prosesi dayanmamışdır. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər.
II Qarabağ müharibəsi zamanı Hadrutun işğaldan azad edilməsi gələcək planlarımıza əlavə dəstək oldu. İlk işğaldan azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən ilin oktyabrın 9-da bu qəsəbəni işğaldan azad etmişdir. Ermənilər hər vəchlə Hadrutu nəzarət altında saxlamağa çalışırdı. Hadrut haqqında yalanlar yayır, mənəvi-psixoloji vəziyyəti düzəltməyə çalışırdı. Halbuki Hadrut əməliyyatından sonra Ermənistan ordusunda 10 min fərari olmuşdu. Mənfur düşmən 30 il ərzində işğal altında olan torpaqlarımızda güclü istehkamlar və bir neçə xətdən ibərət müdafiə sədləri qurmuşdu. Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Bizim hərbiçilərimizin vətənpərvərliyi, peşəkarlığı bu şərəfli qələbəmizə nail olmaq üçün imkan yaratdı. Erməni yalanları ifşa olundu. 44 günlük müharibə Ermənistan ordusunu darmadağın etdi. Azərbaycan xalqı öz hədəfinə nail oldu.
"Həmrəyliyin bəhrəsini yaşayan xalq"
Xalq Qarabağı azad etdi. Torpaqların əsil sahibləri geri qayıtdı və bundan sonra Azərbaycan xalqı bu torpaqda əbədi yaşayacaq. Artıq Vətənimizin bayrağı işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalanır və bu müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olduq.
2003-cü ildən-Prezident vəzifəsinə seçilən gündən xalqımızın dəstəyi cənab prezidentimizlədir. Ulu öndər Heydər Əliyevin "Biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq"sözləri artıq təsdiqini tapmışdır. Azərbaycan muğamı əbədi olaraq Qarabağda səslənəcəkdir. Şuşada təşkil olunan tədbirlər bu torpaqların Azərbaycan xalqına, Azərbayan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir.
Tarixi uğurunuz və 60 yaşınız mübarək, Cənab Ali Baş Komandan!
Prezident İlham Əliyevin doğum günü münasibətilə Pirallahıda 600 ədəd ağac əkilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anadan olmasının 60-illik yubileyi münasibətilə Pirallahı rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Pirallahı qəsəbəsində 600 ədəd müxtəlif ağac növləri (eldar şamı, zeytun, sərv) əkilib. Ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonumuzda ümumilikdə 365000-dən artıq müxtəlif növ ağaclar, gül və kol bitkiləri əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir.
2021-ci ildə Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. Cari il ərzində 4000-ə yaxın müxtəlif ağac növləri əkilmişdir ki, bu da getdikcə vüsət alan ekoloji vəziyyətin yaxşılaşdırılması işlərinə öz töhfəsini vermişdir. İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş “Yaşıl marafon” layihəsi çərçivəsində respublikanın bütün guşələrində olduğu kimi, Pirallahı rayonunda da çoxlu sayda ağaclar əkilmiş, yeni yaşıllıq zolaqları salınmışdır.
Qeyd edək ki, 2021-ci il ərzində bir sıra dövlət qurumları və eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyi rayon ərazisində ağacəkmə aksiyaları həyata keçirmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR