xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Manaf Manafovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

21-01-2020, 16:00 257 dəfə baxılıb

Manaf Manafovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!


Pirallahı rayonunda 20 Yanvar faciəsi ilə bağlı humanitar aksiya keçirildi

Manaf Manafovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!


Qara Yanvar, Qanlı Yanvar və ya sadəcə 20 Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi və dinc əhaliyə divan tutulması nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu.
Bu qanlı hadisələrdən bir müddət sonra – 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır”. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.
1990-cı ilin yanvarında baş verən bu ağır faciə bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı. 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı nadir səhifələrdən biri kimi yazılıb. Şəhidlər son mənzilə möhtəşəm izdihamla yola salındı. Şəhidlərin dəfni nə qədər ağır səhnə olsa da, bir o qədər də qürurverici idi. Xüsusən ona görə ki, bu ağır gündə milli ləyaqət hissini qoruyub saxlayan xalq ona tuşlanmış silahlara, açılan atəşlərə baxmayaraq, qəhrəman övladlarının cənazələrini uzun yolboyu çiyinlərində daşıdı.
Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, “20 Yanvar Ümumxalq Hüzn Günü” nün 30-cu ildönümü ilə bağlı rayonun bütün təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər, idman yarışları, şer və inşa yazı müsabiqələri, səhnəciklər, sərgilər təşkil edilmiş, keçirilən tədbirlərdə şagirdlərimizdə igid Vətən oğullarının qəhrəmanlıqlarından geniş bəhs olunmuşdur. Həmin tədbirlər çərçivəsində 20 Yanvar əlillərinə və şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımları paylanıldı.

Manaf Manafovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Manaf Manafovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafovdur.

Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli sədr peşəsinə yiyələnən Manaf Manafov bu işin müqəddəsliyini qoruyub saxlayır. Manaf Manafov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Manaf Manafovdan danışdılar yaxşı ki, Manaf Manafov Pirallahı rayon MKTB-nin rəisi təyin olunub… Manaf Manafov öz isguzarlığı ilə tanınır və seçilir….


Manaf Manafov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Manaf Manafovu heç vaxt əqidəsindən döndərə bilməz.


Manaf Manafov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Manaf Manafov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Manaf Manafov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Manaf Manafovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Manaf Manafov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Manaf Manafov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Pirallahı rayon MKTB-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Manaf Manafov özünü doğruldub. Bizdə hörmətli Manaf Manafovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi