xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Şahin İbadov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...

30-09-2021, 11:58 487 dəfə baxılıb

Şahin İbadov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...


AAYDA - nın Nəqliyyat Departamentinin rəisi Şahin İbadov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şahin İbadov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də ərazimizdə yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, AAYDA - nın Nəqliyyat Departamentinin rəisi Şahin İbadova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının inşası sürətlə davam etdirilir

Şahin İbadov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...


Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.

Dövlətimizin başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşası hazırda davam etdirilir.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti birgə icra edir.

Artıq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun ilk 6 kilometrlik hissəsində torpaq işləri, yeraltı keçid və boruların inşası işləri yekunlaşıb, hazırda qeyd olunan hissədə yol geyiminin inşası aparılır.

Yolun 7-40 kilometrlik hissəsində isə torpaq işləri, “İnşaat Norma və Standartları”na uyğun olaraq yol əsasının və yatağın deformasiyaya uğramış və yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür.

Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yollar boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolda 5 və yanaşma yollarında daha 5 yeni avtomobil körpüsünün tikintisi də icra olunur. Artıq əsas yolda qeyd edilən körpülərdən üçünün inşasına start verilib.

Belə ki, yolun 22-ci kilometrliyində inşa edilən körpünün təməl dirəklərinin tikilməsi, əsas yolun 10-cu və Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə gedən avtomobil yolunun təqribən 1-ci km-də tikilən digər iki körpüdə isə svay qazma işləri aparılır. Bununla yanaşı layihə çərçivəsində Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə gedən avtomobil yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi də nəzərdə tutulur.

Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi aparılır, həmçinin trassa boyu müxtəlif gərginlikli elektrik xətləri köçürülür.

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə Xanlıq yaşayış məntəqəsi yaxınlığında yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.

Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

Şahin İbadov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Şahin İbadov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Şahin İbadov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Şahin İbadov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Şahin İbadov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Şahin İbadov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Şahin İbadov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Şahin İbadov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Şahin İbadov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi