Vaqif Məmmədov: Azərbaycan 44 günlük müharibədən dərs çıxarmayanlara yenidən dərs verməyə hazırdır
20-08-2021, 08:30
156 dəfə baxılıb
Vaqif Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Vaqif Məmmədov özünü doğruldub. Bizdə hörmətli Vaqif Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi Vaqif Məmmədov - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "CNN Türkiyə" kanalına müsahibəsində bir çox məsələlərlə bağlı mühüm ismarıclar verdi. Bunların bir qismi yaranmış yeni vəziyyətdə Ermənistan-Azərbaycan münasibətləri və onun gələcək perspektivləri ilə bağlı idi. Bu məsələdə Azərbaycanın iki ölkə arasında uzunmüddətli sülhlə bağlı mövqeyinin hələ də dəyişməz qaldığını bildirən qalib Lider İlham Əliyev bu mövqeyin daim belə olmayacağını da ifadə edərək bildirdi ki, əgər Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh təklifi əbədi olaraq masa üstündə qala bilməz. Bu mövqe Ermənistanı son günlər törətdiyi təxribatlardan çəkinməyə dəvət etməklə bərabər, həm də ona təmkinli, ancaq ciddi xəbərdarlıq idi. Yəni sülhün əksi müharibədir və Azərbaycan buna hazırdır. Yaxşı olar ki, Ermənistan yeni məğlubiyyətə məhkum edilmiş müharibədənsə, inkişaf gətirəcək uzunmüddətli sülhə hazırlaşsın.
İkinci mühüm məsələ Azərbaycan Prezidentinin Qarabağda yaşayan erməni icmasını "yolunu azmış Azərbaycan vətəndaşları adlandırması" oldu və onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasından danışdı. Verilən incə ismarıc o idi ki, Azərbaycan vətəndaşını, yolunu azmış olsa belə, Azərbaycandan qoruyacaq heç bir sülhməramlı missiyaya ehtiyac yoxdur. Bu missiyanı daimi, yaxud uzunmüddətli sayaraq yanlış hesab quranlar belə səhvə yol verməsinlər. Çünki üçtərəfli Bəyanatda hər bir məsələ konkret vaxt göstərilməklə açıq şəkildə qeyd edilib. Xüsusi diqqət çəkən üçüncü məsələ ilə əlaqədar obyektiv təsbit və dəyərləndirmə ondan ibarət idi ki, erməni xalqı və hakimiyyəti artıq məğlubiyyəti qəbul edib. Bu qənaətin əsas mənbəyi odur ki, 20 iyun seçkilərində emənilərin 54 faizi məğlub ali baş komandanlarına səs verərək onu yenidən lider seçiblər. Bu həqiqətin bir qədər yumşaq ifadəsi odur ki, ermənilər yeni reallığı qəbul edir və sülhə məhkum edildiklərini anlayırlar, ancaq təəssüf ki, yenə də kimlərsə erməniləri özlərinin imperialist məqsədləri naminə yeni avantüraya sürükləmək istəyirlər.
Növbəti ismarıc da çox konket idi. Azərbaycan 44 günlük müharibədən dərs çıxarmayanlara yenidən dərs verməyə hazırdır. Biz ləyaqətli müharibə apardıq və hərbi cinayətə yol vermədik. Azərbaycan sülh istəyir. Sülhə gedən yol isə Zəngəzur dəhlizindən, silahsızlaşdırılmış, itaətkar və Azərbaycan cəmiyyətinə inteqrasiya etməyə hazır olan, hansısa missiyanın himayəsində yox, Azərbaycan dövlətinin və qanunlarının himayəsində yaşayan erməni icmasından və Ermənistan tərəfindən tanınan Azərbaycan sərhədlərindən keçir.
*********
Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.
Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcəkəsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR