12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Vaqif Məmmədov: Bələdiyyə seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi məqsədilə Sumqayıt şəhərində hazırlıq işləri yüksək səviyyədə aparılmışdır
26-12-2019, 10:42
457 dəfə baxılıb
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Vaqif Məmmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 41 saylı Sumqayıt şəhər Dairə seçki komissiyasının sədri Vaqif Məmmədovdur.
Bələdiyyə seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi məqsədilə Sumqayıt şəhərində hazırlıq işləri yüksək səviyyədə aparılmışdır. Bütün məntəqələrdə müşahidəçilərin səsvermənin gedişini sərbəst izləmələri üçün lazımi şərait yaradılmışdır. Gün ərzində bir çox məntəqədə seçkiləri veb-kameralar vasitəsilə onlayn izləmək imkanı da olmuşdur. Şəhərdəki 41 saylı dairənin 28 məntəqəsi şəhərin bir hissəsini, 5-i isə Corat qəsəbəsini əhatə edir. Səsvermədə hər yerdə aşkarlığın təmin olunması, demokratik prinsiplərə əməl edilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.
Sumqayıt seçicilərinin ümumi sayı 163 min 429 nəfərdir. Onlar 41 saylı Sumqayıt birinci, 42 saylı Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü və 44 saylı Sumqayıt-Xızı seçki dairələri üzrə bələdiyyə üzvlüyünə qeydə alınmış namizədlərdən istədikləri şəxsləri dəstəkləmək üçün sübh tezdən 134 məntəqəyə gələrək səsverməyə qatılıblar. Gənclər şəhərindəki dairələr üzrə ümumilikdə 1360 nəfər gənc seçici ilk dəfə bu hüququndan istifadə edirdi.
Ərazi üzrə 43143 seçici qeydə alınıb, onların yarıya qədəri günorta saatlarınadək səs verib. Seçicilərin ümumi sayının 577 nəfəri 80-100 yaşı olan sumqayıtlılardır. Bu seçkilərdə şəhər bələdiyyəsinə 19 yer üçün 75 namizəd var idi. Corat bələdiyyəsində üzvlük uğrunda isə 27 namizəd mübarizə aparıb. Məntəqələrin üçdə-birində veb-kamera quraşdırılmışdır. 19, 22 və 23 saylı məntəqələrdə səsvermənin normal keçdiyinin şahidi olduq. Dairə komissiyasının sədri gün ərzində səsvermənin seçici fəallığı ilə müşayiət olunduğunu bildirdi.
41 saylı Sumqayıt şəhər Dairə seçki komissiyasının sədri Vaqif Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Vaqif Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vaqif Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Vaqif Məmmədovdan danışdılar yaxşı ki, Vaqif Məmmədov 41 saylı Sumqayıt şəhər Dairə seçki komissiyasının sədri seçilib… Vaqif Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….
Vaqif Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Vaqif Məmmədovu heç vaxt əqidəsindən döndərə bilməz.
Vaqif Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Vaqif Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Vaqif Məmmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Vaqif Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Vaqif Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Vaqif Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 41 saylı Sumqayıt şəhər Dairə seçki komissiyasının sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Vaqif Məmmədov özünü doğruldub. Bizdə hörmətli Vaqif Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
*************************
41 saylı Sumqayıt şəhər Dairə seçki komissiyasının sədri Vaqif Məmmədov - Əziz həmvətənlər.
2019-cu il sona yaxınlaşır. Tam əminliklə demək olar ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik. Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxıb. Bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2019-cu ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir.
Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.
Mən sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bayramınız mübarək olsun!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: