Elsevən Quliyev: Qarabağa həyat qayıdır!
12-08-2021, 11:05
108 dəfə baxılıb
UDT -Texnika MMC-nin rəhbəri Elsevən Quliyev - 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu şanlı qələbə hər kəsi sevindirdi. Lakin bizi qarşıda ciddi problemlər gözləyirdi. Bəli, torpaqlarımız qaytarılmışdı, amma dədə-baba yurdumuzdan tikili bir ev, əkili bir ağac belə qalmamışdı. Televiziyadan, sosial şəbəkələrdən gördüyümüz Qarabağın müxtəlif bölgələri haqda olan video-çarxlar qəlbimizi ağrıdırdı. Hər tərəf yerlə yeksan olunmuş, azğın düşmən məscidlərə, dini ocaqlara, qəbirlərə belə mərhəmət etməmişdi. Erməni vandalizmi hər addımbaşı görünürdü, onlar bütün izlərimizi silməyə çalışmışdılar. İşğaldan azad edilən ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdisə, 2020-ci ildə bu göstərici 174 min hektar idi. Demək ki, 54 min hektar meşə fondu məhv edilmişdi. Ekologiyamıza ciddi zərər vurulmuşdu. Xalq isə bu məsələdə də prezidentinə güvənirdi. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağın dirçəldilməsi sözünü vermişdi. Tarixi qələbədən qısa müddət sonra Prezident özü şəxsən Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla və s. səfərlər etdi. Bu səfərlər tarixi əhəmiyyət daşıyırdı. İlham Əliyev Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlərində doğma yurda-Qarabağa çəkiləcək yolların əsasını qoyur, regionda ediləcək bərpa işləri ilə tanış olur, göstərişlər verirdi. Qələbəmizin üstündən 7-8 ay keçib, amma artıq edilən dəyişikliklər heyrət doğurur. Qarabağa həyat qayıdır. Məscidlərimiz, muzeylərimiz, körpülərimiz yenidən qurulur. Hələ də ərazilərimizin böyük qismi ANAMA əməkdaşları tərəfindən təmizlənir. Təbii ki, torpaqlarımızın tam bərpası üçün böyük bir vaxt lazımdır. Amma buna baxmayaraq Qarabağdakı işlər çox sürətlə irəliləyir. Hətta Zəngilanda "Ağıllı kənd"in inşasına başlanılıb. Artıq evlərin damı da qurulub.
Qarabağın çiçəklənməsi üçün hər kəs can-başla çalışır. Xalq səbrsizliklə o torpaqlarda məskunlaşmağı gözləyir.
Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu əlaqələr ən yüksək səviyyəyə çatmışdır. Avropa İttifaqı Cənubi Qafqaz dövlətləri ilə münasibətlərin qurulmasında müəyyən təcrübəyə malikdir. Belə ki, 1992-ci ildən başlayaraq Avropa İttifaqı müxtəlif proqramlar vasitəsilə region ölkələri ilə əlaqələrini inkişaf etdirməyə çalışır. Aİ ölkələri Cənubi Qafqazda müxtəlif layihələrə sərmayə yatırıb. Ən böyük sərmayə Azərbaycanın neft sektoruna qoyulub. Heydər Əliyevin başçılığı altında 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”ndə Azərbaycanla əməkdaşlıq edən əsasən Aİ ölkələri olub. İlham Əliyevin hakimiyyəti dövründə bu əlaqələr daha da inkişaf etdirilmiş, bir çox layihələrin əsası qoyulmuşdur. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır.
2021-ci il 18 iyul tarixində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üç Qafqaz dövlətinə səfəri ilə bağlı Azərbaycana gəlib. Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ali qonağın görüşündən sonra mətbuat konfransında Azərbaycan Prezidenti görüş barədə fikirlərini bölüşüb. Enerji təhlükəsizliyinin təmin olunmasının əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub: Cənub Qaz Dəhlizi layihəsi tamamlanıb, Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin tamamlaması Avropa ilə Asiya arasında iqtisadi əllaqələrin genişlənməsində Aərbaycanın rolunu daha da artırır.
Azərbaycan öz qələbəsi ilə bütün regionda yeni reallıq yaradıb. İqtisadi cəhətdən regionda güclü olan Azərbaycan müzəffər ordu yaradaraq öz tarixi torpaqlarını işğaldan azad etdi, bununla da, Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu.
Avropa İttifaqı ölkələri ilə hərtərəfli əməkdaşlıq Azərbaycan reallığını əks etdirir. Avropa İttifaqı ölkələri 1945-ci ildən sonra formalaşan dövlət sərhədlərini tanımış, Azərbaycanın ərazi bütövlüyünü qəbul etmişlər. Əksər ölkələr ikinci dünya müharıbəsindən sonra formalaşan dövlət sərhədlərinin dəyişdirilməsinin mümkünsüz olduğunu söyləyirlər. Münaqişənin həlli yolunun Azərbaycanın dövlət sərhədlərinin dəyişdirilməməsi müqabilində həll olunmasının tərəfdarıdırlar. Azərbaycanın haqq işi Avropa İttifaqı tərəfindən dəstəklənir. Bütün bunlar ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsidir.
Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır”- deyə bildirən İlham Əliyev daha sonra qeyd etdi ki: “Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Beləliklə, Azərbaycan yenə də Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Əminliklə demək olar ki, Aİ-Azərbaycan münasibətləri yalnız ziddiyyətlərlə deyil, həm də perspektivlə xarakterizə olunur. Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələrin güclənəcəyinə yeni ümidlər yaranmaqdadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR