Müseyib Həmzəyev: Qarabağın çiçəklənməsi üçün hər kəs can-başla çalışır
30-07-2021, 02:48
247 dəfə baxılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev - 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu şanlı qələbə hər kəsi sevindirdi. Lakin bizi qarşıda ciddi problemlər gözləyirdi. Bəli, torpaqlarımız qaytarılmışdı, amma dədə-baba yurdumuzdan tikili bir ev, əkili bir ağac belə qalmamışdı. Televiziyadan, sosial şəbəkələrdən gördüyümüz Qarabağın müxtəlif bölgələri haqda olan video-çarxlar qəlbimizi ağrıdırdı. Hər tərəf yerlə yeksan olunmuş, azğın düşmən məscidlərə, dini ocaqlara, qəbirlərə belə mərhəmət etməmişdi. Erməni vandalizmi hər addımbaşı görünürdü, onlar bütün izlərimizi silməyə çalışmışdılar. İşğaldan azad edilən ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdisə, 2020-ci ildə bu göstərici 174 min hektar idi. Demək ki, 54 min hektar meşə fondu məhv edilmişdi. Ekologiyamıza ciddi zərər vurulmuşdu. Xalq isə bu məsələdə də prezidentinə güvənirdi. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağın dirçəldilməsi sözünü vermişdi. Tarixi qələbədən qısa müddət sonra Prezident özü şəxsən Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla və s. səfərlər etdi. Bu səfərlər tarixi əhəmiyyət daşıyırdı. İlham Əliyev Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlərində doğma yurda-Qarabağa çəkiləcək yolların əsasını qoyur, regionda ediləcək bərpa işləri ilə tanış olur, göstərişlər verirdi. Qələbəmizin üstündən 7-8 ay keçib, amma artıq edilən dəyişikliklər heyrət doğurur. Qarabağa həyat qayıdır. Məscidlərimiz, muzeylərimiz, körpülərimiz yenidən qurulur. Hələ də ərazilərimizin böyük qismi ANAMA əməkdaşları tərəfindən təmizlənir. Təbii ki, torpaqlarımızın tam bərpası üçün böyük bir vaxt lazımdır. Amma buna baxmayaraq Qarabağdakı işlər çox sürətlə irəliləyir. Hətta Zəngilanda "Ağıllı kənd"in inşasına başlanılıb. Artıq evlərin damı da qurulub.
Qarabağın çiçəklənməsi üçün hər kəs can-başla çalışır. Xalq səbrsizliklə o torpaqlarda məskunlaşmağı gözləyir. Bir müəllim kimi mənim də ən böyük arzularımdan biri Qarabağda böyüyəcək o saf, körpə balalara dərs demək, Qarabağ ədəbiyyatından, mədəniyyətindən bəhs etmək, birlikdə oyunlar oynamaq, muzeylərə ekskursiyalar təşkil etməkdir.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Müseyib Həmzəyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Müseyib Həmzəyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Müseyib Həmzəyevdən danışdılar yaxşı ki, Müseyib Həmzəyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Maliyyə İdarəsinin rəisidir…Müseyib Həmzəyev öz isguzarlığı ilə tanınır və seçilir….
Müseyib Həmzəyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Müseyib Həmzəyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Müseyib Həmzəyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Müseyib Həmzəyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Müseyib Həmzəyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Müseyib Həmzəyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Müseyib Həmzəyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Müseyib Həmzəyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Maliyyə İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Müseyib Həmzəyev özünü doğruldub. Bizdə hörmətli Müseyib Həmzəyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR