xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

PhD Dr. Dilqəm Məhərrəmov: Azərbaycan xalqı prezidentinə arxalanaraq sabahına iri addımlarla irəliləyir

26-07-2021, 14:29 121 dəfə baxılıb

PhD Dr. Dilqəm Məhərrəmov:  Azərbaycan xalqı prezidentinə arxalanaraq sabahına iri addımlarla irəliləyir


Tibb üzrə fəlsəfə doktoru Op.dr Phd Dilqəm Məhərrəmov - Şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim dövlətin diqqəti mərkəzindədir. Prezident İlham Əliyevin iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak etməsi qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan sosial yönümlü siyasət yürüdən dövlət olmaqla, regionda sülhün qarantıdır və yeni müharibənin olmasını istəmir.

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur.

Bu gün bu qələbənin qəhrəmanlarına - şəhid və Qarabağ əlillərinə ardıcıl olaraq dövlət başçısının diqqət və qayğısı bir daha onu göstərir ki, şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təkcə bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev və mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminik ki, müstəqil Azərbaycan yaşadıqca bu addımlar davam edəcək.. Azərbaycan - Ermənistan münaqişəsi sona çatdı. XXI əsrdə dünyada ilk olaraq Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad etdi. 28 ildən sonra xalqımız son sözünü döyüş meydanında qürurla dedi. Rəhbər-xalq birliyi, xalqın dövlətinə güvəni tarixi qələbəni günbəgün yaxınlaşdırdı. Qüdrətli Şanlı Ordumuz bu birlikdən güc alaraq düşmənə sarsıdıcı zərbələr vuraraq düşmənin “basılmaz” imicini darmadağın etdi.

Düşünürəm ki, ermənilər Qarabağda aldığı cavabı heç vaxt unutmayacaqlar. Etibarsız, nanəcib, nankor, qorxaq ermənilər başqasının torpağını zəbt etməyin cəzasını çəkməli idilər. Şanlı ordumuzun döyüş meydanında göstərdiyi şücaət, Ali Baş Komandanın siyasi arenada apardığı uzaqgörən siyasət və eləcə də xalqımızın Vətənə, torpağa qarşı sonsuz sevgisi bizi qalib etdi. Və o ərəfədə dünyanın gözü Azərbaycana zilləndi. Dünya bir xalqın 28 ildən sonra Vətən deyib canını fəda edən xalqı və onun mübariz, qorxmaz, igid, hazırcavab, mətin və məqsədli liderini –İlham Əliyevi bir daha tanıdı. “Qarabağ Azərbaycandır” şüarı Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi.

44 günlük müharibə zamanı dünyanın haqqsevən, ədalətli qüvvələri Azərbaycan xalqının yanında oldular və onun haqq səsini müdafiə etdilər. Türkiyə, Rusiya, Pakistan, Ukrayna, Gürcüstan və yüzlərlə digər ölkələr Azərbaycanın haqlı olduğunu rəsmi elan etdilər. “Haqq nazilər, amma üzülməz” fikri bir daha öz doğruluğunu sübut etdi.

Cənab İlham Əliyevin istər ordumuzun zəfər yürüşünü davam etdirməsi istiqamətində göstərdiyi səylər, istərsə də Vətən müharibəsinin getdiyi 44 gündə xarici mətbuata 30-a yaxın müsahibəsində səsləndirdiyi bəyanatlar bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları hər şeydən öndə dayanır. Dövlətin maraqlarından, xalqın iradəsindən kənar bir addım belə atıla bilməz. Cənab İlham Əliyev Qarabağın ürəyi olan şuşamızın işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanından xalqa müraciətində zəfər yürüşünün davam etdiyini bildirdi. Müzəffər Ali Baş Komandan noyabrın 9-da 71 yaşayış məntəqəsinin, bir qəsəbənin, 8 strateji yüksəkliyin işğaldan azad olunması sevincini paylaşdı. Bütün bu uğurlarımız işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi. Bu gün artıq erməni politoloqları, siyasətçiləri də etiraf edirlər ki, imzalanan bəyanat razılaşma deyil, Ermənistanın total təslim olmasını əks etdirən aşağılayıcı sənəddir.

Bu gün Qarabağda quruculuq işləri sürətlə davam edir. Azərbaycan xalqı prezidentinə arxalanaraq sabahına iri addımlarla irəliləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi