Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev - Şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim dövlətin diqqəti mərkəzindədir. Prezident İlham Əliyevin iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak etməsi qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan sosial yönümlü siyasət yürüdən dövlət olmaqla, regionda sülhün qarantıdır və yeni müharibənin olmasını istəmir.
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur.
Bu gün bu qələbənin qəhrəmanlarına - şəhid və Qarabağ əlillərinə ardıcıl olaraq dövlət başçısının diqqət və qayğısı bir daha onu göstərir ki, şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təkcə bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev və mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminik ki, müstəqil Azərbaycan yaşadıqca bu addımlar davam edəcək.
Xətai rayonunda Milli Qəhrəman general Polad Həşimovun adını daşıyan Şəhidlərin Xatirə Parkı istifadəyə verilibŞəhid general – mayor Polad Həşimov və 8 vətən Vətən müharibəsi şəhidi Elvin Kazımovun, Kamil Rəhimlinin, Elvin Şükürlünün, Mərdan Mehdizadənin, Tural Xudiyevin, Fuad Məmmədovun, Rəcəb Məmmədovun və Şükran Şükraninin xatirə lövhələrinin quraşdırıldığı parkın tikintisinə bir neçə ay öncə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Naximov küçəsinin adının dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılmasından dərhal sonra başlanılmışdır. Parkın ərazisi iki hektara yaxındır. Görülən işlər çərşivəsində ərazidə ağaclar budanmış, səki daşları düzülmüş, günlüklər, oturacaqlar, yeniyetmə və gənclər üçün idman, azyaşlı uşaqlar üçün müxtəlif əyləncə qurğuları, eləcə də mini stadion, şahmat meydançası və s. quraşdırılmışdır. Böyük ərazidə salınmış yaşıllıq zolaqlarına, ağac və bitkilərə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərmək üçün su xətləri çəkilmiş, ərazi müasir işıqlandırma sistemləri ilə təchiz edilmişdir. Yeni ağaclar, dekorativ kollar və güllər əkilmişdir.
Paralel olaraq parkla birləşən iki həyət də tam şəkildə abadlaşdırılmış, yaxınlıqdakı 8 binanın fasadı əsaslı şəkildə təmir olunmuş, ətraf ərazilərin asfalt örtüyü yenilənmişdir.
Rayonun hər yerində olduğu kimi bu ərazidə də abadlıq –quruculuq işləri bundan sonra davam etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.