12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Ramiz Zeynalov: Diqqətli, səbrli, cəsur, Vətən aşiqi – Azərbaycan polisi
2-07-2021, 15:16
102 dəfə baxılıb
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalov - 2 iyul Azərbaycan Polisi Günüdür. Ulu öndər Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı Fərmana əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının yaradıldığı bu gün 103 ildir tarixə işıq salır. Azərbaycan polisi barəsində nə qədər xoş söz desək, azdır. Əlbəttə bu şərəfli vəzifəni daşıyanlar bəzən haqsız tənqidlərlə üzləşirlər. Ancaq onlar dövlətin milli maraqlarının müdafiəsində, asayişin qorunmasında, vətəndaşların təhlükəsiz şəraitdə rahat yaşamalarının təminatında, cinayətkarlıqla mübarizədə, işğalda olan Dağlıq Qarabağ və ətraf rayonlarımızın müdafiəsi, azadlığı uğrunda gedən döyüşlərdə nə qədər cəsarət, səbr, inam, sevgi göstərə bilirlərsə, elə bir o qədər də bütün vətəndaşları anlayışla, hörmətlə, məhəbbətlə qarşılayır, ictimaiyyətin daha xoşbəxt yaşaması üçün canlarından keçməyə hazır olduqlarını təvazökarcasına göstərməyi bacarırlar. Polis həmişə ən ağır peşə olub. Onu seçmək özü qəhrəmanlıqdır. Əgər sən polis olmağa qərar vermisənsə, deməli, artıq müdrik düşüncə tərzinə maliksən. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun unudulmaz fikirlərindən birini xatırlatmasaq olmaz: “Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır”. Hörmətli nazir Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2019-cu ilin buraxılışına həsr olunmuş təntənəli mərasimdə söyləyib. Nazirin gələcəyin polis zabitlərinə yüksək səviyyədə tövsiyə ünvanlaması onların yaddaşına əbədi həkk olunur. Keçmiş akademiya tələbəsi polis zabiti kimi fəaliyyətə başlayanda nazirin bu tövsiyəsini əsas götürür deyə, Azərbaycan dövlətinin rifahı naminə yorulmadan ölkəsinə, vətəndaşına xidmət göstərir. Polisin vətəndaşlara qarşı layiqli davranışı, sağlam cəmiyyətin formalaşması naminə vəzifəsini sadəqətlə icra etməsi hər addımda qarşılaşdığımız sübuta ehtiyacı olmayan aksiomadır. Polissiz bir günümüz olmasın. Pafoslu səslənsə də, həqiqətdir və polissiz bir günü təsəvvür edə bilsəniz, gözləriniz qarşısında xaos canlanacaq, isterik vəziyyət yaşayan insanların şəhərin küçələrində törətdikləri qeyri-insani hərəkətlər ikrah hissi yaradacaq. Polis səliqə-səhman yaratmağı, rahat yaşatmağı, azadlığı qorumağı qürurla həyata keçirən şərəfli peşə sahibidir. Cəmiyyətin hər bir üzvü bu peşənin sahiblərinə böyük sayğı ilə yanaşmalı, qarşılıqlı hörmət bəsləməlidir. Polislər həmişə narahatdırlar. Onlar öz rahatlıqlarını cəmiyyətin sabitliyinə qurban verirlər. Yatmırlar, dincəlmirlər, asayişi qorumaqla ölkənin inkişafına bir başa təkan verirlər. 2 iyul tarixi təkcə polis işçilərinin deyil, cəmiyyətin hər bir üzvünün də fəxrlə qeyd etməli olduğu bir gündür. Respublikada ictimai asayişin qorunması, qanunların icrasındakı pozuntulara yol verilməməsi, vətəndaşların hüquq və azadlıqlarının təminatına nail olunması ölkəmizin uğurudur. Bütün bunlarda Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu var. Karantin rejimində isə polisin üzərinə daha ağır məsuliyyət düşdü. Həm qayda pozuntularının qarşını almaq, həm də dünyada tüğyan edən bəlanın ölkə ərazisində genişlənərək insanların amansız xəstəliyə yoluxmasının qarşısında sipər kimi şərəfli missiyanı Azərbaycan polisi yerinə yetirdi. Bu dövrdə polis insanların xilası naminə özünü fəda etdi desək, yanılmarıq. Tibb işçiləri ilə yanaşı polislərin də qəhrəmanlar kimi təqdim olunması cəmiyyətin onlara göstərdiyi adekvat münasibətin göstəricisidir. Polislərin daha bir unudulmaz qəhrəmanlığı Ermənistan tərəfindən işğal olunan torpaqların azadlığı uğurunda 44 günlük Vətən müharibəsində yaşandı. Qarabağda və Ermənistanın işğal etdiyi digər rayonlarla sərhəd ərazilərdə təxribatların qarşısının alınmasında müstəsna xidmətlər göstərən polislər hərbçilər qədər müharibə acısı, ağrısı yaşadılar və ordumuzla birlikdə qalib gəldilər. Hər günün mübarək olsun, Azərbaycan polisi. Cəmiyyət nə qədər azad, rahat, təhlükəsizdirsə, siz də o qədər xoşbəxtsiniz. Xoşbəxtliyin daimi olsun, BİZİM POLİS!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: