09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
Ruslan Əliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır
20-04-2021, 12:49
126 dəfə baxılıb
Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev - Xalqımız Ali Baş Komandanla fəxr edir. Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət amilləri üzərində qurulub" söyləyən baş redaktor vurğulayıb ki, cənab İlham Əliyev hər zaman hücum diplomatiyasının davam etdirilməsini qarşıya əsas hədəf kimi qoyur. Dünyada ermənilərin, ermənipərəst qüvvələrin, ölkəmizin uğurlarını həzm etməyən anti-Azərbaycan dairələrin dezinformasiyalarına, əsassız iddialarına qarşı həqiqətlərimizi qoymalı, faktlara əsaslanan təbliğatımızla bu cəhdlərin qarşısını almalıyıq. Azərbaycan bunun üçün bütün imkanlardan maksimum istifadə edir. Dost və qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması, Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək səviyyəli rəsmilərinin 3-cü toplantısı çərçivəsində müzakirələrdə hazırkı dövrün reallıqlarının düzgün dəyərləndirilməsi üçün birgə addımların atılmasına böyük ehtiyacın olduğunun bildirilməsi də bunun təsdiqidir. Birmənalı şəkildə demək olar ki, istər müharibə dövründə, istərsə də postmünaqişə mərhələsində cənab İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır. Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır.
Ermənistan münaqişənin həllini istəməyib. Əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şey ediblər. Onlar nəhəng istehkamları, müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər. Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub. Rəsmi İrəvan elə bilirdi ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin Azərbaycan fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir. Ölkəmiz həmişə konstruktiv mövqedə olub. Münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq, çünki biz münaqişədən əziyyət çəkən tərəfik.
QARADAĞ VƏ NƏSİMİ RAYONLARINDA TƏMİR-TİKİNTİ PROSESİ DAVAM EDİR
“Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci il payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir. Görülən işlər çərçivəsində daha bir ərazidə 8 min abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq. Belə ki, Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən istismar müddəti başa çatmış qaz kəməri yenisi ilə əvəz edilir. İşin həcmi böyük olduğundan əraziyə çox sayda işçi qüvvəsi, maşın-mexanizmlər cəlb olunub. Diametri 325 mm olan 500 metr uzunluğunda yeni qaz xəttinin çəkilişinin aprel ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
Bu gecə Nəsimi rayonu ərazisində Kövkəb Səfərəliyeva küçəsinin digər küçələrlə kəsişməsində iş davam etdirilib. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin işçiləri aprel ayının 19-da gecə 00:00-dan etibarən səhər saatlarına qədər fasiləsiz şəkildə iş başında olublar. 28 May küçəsində yol qazılaraq yeni polietilen qaz kəməri yeraltına salınmaqla qaz təchizatının vaxtında bərpası nəzərdə tutulurdu. Lakin qazıntı aparılarkən müxtəlif formada maneələr ortalığa çıxıb. Birliyin əməkdaşları armatur arakəsmələr aşkarlandığı üçün qazıntının yerini dəyişməyə məcbur qalıb. Təxirəsalınmaz tədbirlər görülməklə iş başa çatdırılıb və hazırda qeyd edilən ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.
“Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illər üçün payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra mühüm tədbirlər planının icrasına start verib. Belə ki, bu tədbirlər planına uyğun olaraq korroziyaya uğramış və qəzalı şəraitdə olan qaz xətlərinin yeniləri ilə əvəzlənməsi, vətəndaş müraciətləri əsasında küçə xətlərinin çəkilməsi, qaz xətlərinə mövsümi qulluq, torpaq üzərinə düşən böyük diametrli qaz xətlərinin beton dirəklər üzərinə qaldırılması, abonent sayı artmış yerlərdə (xüsusən Bakı şəhəri) tələbata uyğun olmayan qaz kəmərlərinin daha böyük diametrli qaz kəmərləri ilə əvəzlənməsi və s. işlər görüləcək. Nəticədə minlərlə abonentin qaz təchizatı yaxşılaşacaq, şəbəkədə dayanıqlıq, fasiləsizlik, etibarlılıq təmin ediləcək. Bu tədbirlərdən biri olaraq bu gün Nəsimi rayonu ərazisində Azadlıq prospekti ilə F.Qasımzadə küçəsinin kəsişməsində yeraltı qaz xəttinin üzərindəki istifadəyə yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Eyni zamanda avtomobil yolunda təmir işləri aparıldığı bir vaxtda həmin ərazidən keçən qaz xətlərinə texniki baxışın aparılması üçün də yaxşı fürsət yaranıb. Belə olan halda bu yerdəki qaz kəmərlərinin əsaslı təmiri prosesi önə çəkilib ki, sonradan yolda bir daha qazıntı işi aparılmasın. Bütün bu tədbirlərin icrası zamanı aprelin 15-də səhər saat 10:00-dan etibarən Azadlıq prospekti, M.Qaşqay, E.Tağızadə, E.Qasımzadə, A.Səhhət, S.Əsgərova, R.Axundov, S.Rəhimov, Ş.Bədəlbəyli, H.Ələsgərova, Q.Quliyev və digər bir neçə küçədə qazın verilişində müvəqqəti fasilə yaranacaq. Qaz təchizatında bərpa işlərinin texniki olaraq tələb olunan vaxtdan ən azı 2 saat öncə başa çatdırılması planlaşdırılır.
ŞƏHİD BACISI “AZƏRİQAZ” İB-DƏ İŞLƏ TƏMİN OLUNDU
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçərək qanı ilə tarix yazan igidlərimizdən biri də Rauf İbadovdur. Raufun atası, “Azəriqaz” İB-nin əməkdaşı Məhərrəm İbadov deyir ki, oğlu Füzuli, Cəbrayıl, Laçın dəhlizi istiqamətində gedən əməliyyatlarda böyük şücaət göstərib. Oktyabrın 23-ü Laçın dəhlizi uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək şəhidlik zirvəsinə ucalıb. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev şəhid ailəsini ziyarət edərkən onların qayğıları ilə maraqlanıb, müraciətlərinə mütləq baxılacağına söz verib. Qısa müddət ərzində şəhid Rauf İbadovun bacısı Banu İbadova “Azəriqaz” İB-də işlə təmin olunub.
Qeyd edək ki, şəhid ailəsi Abşeron rayonunun Saray qəsəbəsində yaşayır. Şəhid Rauf İbadovun bacısı Banu İbadova Bakı Regional Qazın Satışı Departamentində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirəcək.
Bu barədə hazırlanan video materialla aşağıdakı sosial şəbəkə ünvanından tanış ola bilərsiniz:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: