Müstəqim Məmmədov: Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslər yerli icra hakimiyyəti orqanlarını da əhatə edir
13-04-2021, 22:45
244 dəfə baxılıb
Tərtər rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov - Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir.
Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən silsilə fərman və sərəncamlar imzalanır. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslər yerli icra hakimiyyəti orqanlarını da əhatə edir. Vətən Müharibəsində iştirak etmiş hər bir hərbiçinin müraciətinə dövlət həssaslıqla yanaşır. Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Bütün bunlardan əlavə olaraq qeyd etmək lazımdır ki, döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım da göstərilir və bu proses davam etdiriləcəkdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb. Komissiyaya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi daxildir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb. “YAŞAT" Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Hər kəsə məlumdur ki, vətəndaşlara xidmət Fondun əsas fəaliyyət istiqamətlərindəndir. Fondun vəsaiti aşağıdakı istiqamətlərdə istifadə olunur: şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması; müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi; təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; məişət şəraitinin yaxşılaşdırılması.Fondun yaradılması milli birliyin qorunmasına institusional töhfədir. Həmvətənlərimiz həmin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.Xüsusi olaraq qeyd olunmalıdır ki, “YAŞAT” Fondu, sözün əsl mənasında, cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Sevindirici haldır ki, böyük humanitar missiyanı özündə ehtiva edən “YAŞAT” Fonduna həmçinin könüllü ödəmələr durmadan davam edir. Bu isə cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Bütövlükdə, bu Fondun yaradılması Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban verən hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Cənab Prezidentin müvafiq sərəncamı ilə şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll edilməsinə xidmət edir. Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı da artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunması olduqca təqdirəlayiqdir. İndiyə qədər fonda 30 milyon manata yaxın vəsait toplanıb ki, bunun da təqribən 19 milyon manatı fiziki şəxslər, qalanı isə hüquqi şəxslər tərəfindən ödənilib.
“YAŞAT” Fondu şəhid ailələrinin və müharibədə yaralanan əsgərlərimizin istər sosial rifahının və ailə-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də övladlarının təhsil almaları üçün müvafiq dövlət qurumları qarşısında məsələnin qaldırılması və həlli istiqamətində əməli addımlarla yadda qalıb. Əminik ki, bundan sonrakı dövrdə də YAŞAT Fondu fərmandan irəli gələn və qarşısında duran vəzifələrin icrası istiqamətində daha praktiki, səmərəli fəaliyyət ortaya qoyacaq.
Tərtər rayonunda mobil qruplar tərəfindən reydlər davam etdirilir
Tərtər rayonunda xüsusi karantin rejiminin qaydalarına riayət olunmasına nəzarət, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul əməkdaşlarının və rayonda təşkil edilmiş mobil qrupların iştirakı ilə keçirilən reydlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi nəzarət edilir.
Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq onlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunur.
Buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb
Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayının 15-də Tərtər rayonunun ümümtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinin yekun attestasiyası keçiriləcəkdir.
İmtahanlarının keçirləcəyi Tərtər şəhər 1, 6 saylı tam orta və 2 saylı məktəb-liseydə sanitar qovşaqlar təmir edilib, qovşaqlarda axar suyun fasiləsizliyi təmin olunub, dezinfeksiya və təmizlik işləri aparılıb.Tərtər Rayon Mərkəzi Xəstəxanasında növbəti dezinfeksiya işləri aparılıb
Əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.
İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq həyata keçirilir. Hazırlanmış qrafikə əsasən növbəti dezinfeksiya işləri aprelin 4-də Tərtər Rayon Mərkəzi Xəstəxanasında aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR