Elxan Əsgərov: Zəfərin mübarək, Azərbaycan!
13-04-2021, 10:50
183 dəfə baxılıb
Tovuz rayon subartezian quyuları isitismarı idarəsinin rəisi Elxan Əsgərov - 2021 –ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri –formal zirvə görüşü keçirildi. Görüşdə Cənab Prezidentimizin qalib ölkənin Ali Baş Komandanı olaraq iştirakı Azərbaycan vətəndaşı olaraq hər birimizin qəlbində fəxarət hissi oyatdı. Hörmətli Prezidentimiz 44 günlük zəfərimizdən və bu müharibəyə qədərki 30 illik nəticəsiz qalan danışıqlar prosesindən danışdı. Cənab Prezident beynəlxalq təşkilatların bu münaqişnin həlli üçün heç bir fəaliyyət göstərmədiyini xüsusilə qeyd etdi, Minsk Qrupunun yarıtmaz fəaliyyəti, Ermənistana qarşı heç bir sanksiya tətbiq etməməsi, cinayətkar dövlətə qarşı təzyiq göstərməməsini pislədi. Cənab Ali Baş Komandan Ermənistanın danışıqlar prosesini uzatmasını , eyni zamanda son iki ildə işğalçı ölkə rəhbərlərinin “Qarabağ Azərbaycandır!“ deməklə təxribatçı çıxışlarla danışıqları mənasız etdiyini qeyd etdi. Şuşaya qondarma dövlətin parlamentinin köçürülmək və andiçmə mərasimi keçirilməsi xalqımızın heysiyyatına və mənliyinə toxunmaq idi. 2020-ci il iyul ayında Tovuz rayonu ərazisində ermənilərin növbəti təxribatı Azərbaycan xalqının səbrini tarıma çəkdi . Xalqımız və dövlətimiz bu işğalla heç bir vaxt barışmamışdı. Buna görə də minlərlə Azərbaycan vətəndaşı Ali Baş Komandanla birlik nümayiş etdirdi və könüllü cəbhəyə yazıldı.
Nəhayət, 2020 –ci ilin 27 sentyabrında mənfur düşmənin növbəti təxribatı münaqişənin hərbi yolla həllini labüd etdi. Azərbaycan ordusu başda Ali Baş Komandanımız Cənab İlham Əliyev olmaqla 44 gündə 30 illik ədalətsizliyə son qoydu. Müzəffər ordumuzun gücü ilə qələbə qazandıq . Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi zəfərimiz xalqımızın tarixində qızıl səhifədir. Bu zəfərə imza atan Azərbaycan dövləti və xalqı bütün türk dünyasını birləşdirdi. Zəngəzur dəhlizi bütün türk dünyasının birlik simvolu olacaq.
İndi minlərlə şəhid və qazimizin qanı ilə suvarılan yurdumuza dönürük. Bu dönüşümüzlə şəhidlərin müqəddəs ruhlarını sevindirməli, Qarabağımızı gülüstana çevirməliyik. Böyük qayıdışımızla düşmənə göz dağı verməli , bir daha Vətənimizə yağı əlinin uzanmasına yol verməməliyik.
Zəfərin mübarək, Azərbaycan!
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tovuz rayon subartezian quyuları isitismarı idarəsinin rəisi Elxan Əsgərovdur.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində görülən işlər danılmazdır. Qeyd etmək lazımdır ki, ötən illər Tovuz rayonunda qazanılmış nailiyyətlər bu il də uğurla davam etdirilir. Dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.
Tovuz rayon subartezian quyuları isitismarı idarəsinin rəisi Elxan Əsgərov peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elxan Əsgərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elxan Əsgərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Elxan Əsgərovdan danışdılar yaxşı ki, Elxan Əsgərov Tovuz rayon subartezian quyuları isitismarı idarəsinin rəisi təyin olunub… Elxan Əsgərov öz isguzarlığı ilə tanınır və seçilir….
Elxan Əsgərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Elxan Əsgərovu heç vaxt əqidəsindən döndərə bilməz.
Elxan Əsgərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Elxan Əsgərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Elxan Əsgərov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Elxan Əsgərovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Elxan Əsgərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Elxan Əsgərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Tovuz rayon subartezian quyuları isitismarı idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Elxan Əsgərov özünü doğruldub. Bizdə hörmətli Elxan Əsgərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR