xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Yaponiyanın ölkəmizdəki səfiri Daşkəsən rayonundakı filiz yataqlarında olub

7-04-2021, 11:55 87 dəfə baxılıb

Yaponiyanın ölkəmizdəki səfiri Daşkəsən rayonundakı filiz yataqlarında olub


Aprelin 6-da Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada Daşkəsən rayonuna səfər edib.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev səfir Cuniçi Vada ilə görüşüb. Əhəd Abıyev qonağı salamlayaraq, Yaponiyalı diplomata rayon ərazisində olan zəngin filiz yataqları, həmin yataqların mövcud istismar vəziyyəti, eləcə də, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonda aparılan geniş abadlıq və yenidənqurma işləri barədə ətraflı məlumat verib.
Səfər çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev bildirib ki, filiz yataqların istismarı və istehsal prosesi dünya standartlarına uyğun təşkil edilib, bölgənin dayanıqlı sosial inkişafına, eləcə də ölkə iqtisadiyyatına mühüm töhfələr verməkdədir.
Səfir Cuniçi Vadanın diqqətinə çatdırılıb ki, Yaponiya höküməti tərəfindən hər zaman ölkəmizdə sosial sahələrinin inkişafına yönələn çoxsaylı qrant layihələr icra edilir. Onlardan da 2-i Daşkəsənin payına düşür. Bu qrantlar hesabına rayonun iki yaşayış məntəqəsinə içməli su xəttinin çəkilişinin və bulaqların inşa olunduğu bildirən Əhəd Abıyev bu əməkdaşlığın davam etdirilməsinə ehtiyac oluduğu barədə də məlumat verib.
Əhəd Abıyev onu da bildirib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz uzun illər ərzində aparılmış uğurlu siyasət, gərgin zəhmət, düşünülmüş ordu quruculuğu, ölkəmizin hərtərəfli inkişafı və xalqımızın yüksək vətənpərvərlik ruhu ilə ölkə rəhbərinin ətrafında yumruq kimi birləşməsi nəticəsində işğal altında olan müqəddəs torpaqlarımızı qısa müddətdə azad etmişdir.
Bu qələbənin əldə olunması zamanı Daşkəsən rayonu 32 şəhid vermiş, 82 nəfər hərbi qulluqçumuz qazi olmuşdur. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələri və qazilərin problemlərinə hər zaman həssaslıqla yanaşılır, həlli üçün bütün imkanlardan istifadə olunur.
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada görüşdən böyük məmnunluq hissi duyduğunu qeyd edib. Səfir müharibə zamanı baş verən hadisələrdən məyus olduğunu dilə gətirərək Azərbaycan xalqını əldə olunmuş qələbə münasibətilə təbrik edib.
Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadaya xatirə hədiyyələri təqdim edilib.
Sonra Yaponiya səfiri Cuniçi Vada “Daşkəsən” Dəmir Filizi Sahəsinin ərazisinə ümumi baxış keçirib. Yaponiyalı diplomata regionun ən nəhəng dəmir filizi yataqları kompleksində aparılan geoloji kəşfiyyat işləri barədə məlumat verilib.
Daha sonra səfir “Çovdar” Filiz Emalı Sahəsində olub. Burada səfir C.Vadaya mədəndə istehsalat prosesi və yaradılan iş şəraiti ilə tanış olan diplomat istehsalatın bütün mərhələlərini virtual qaydada izləyib. Bunun ardınca səfir mədən ərazisində süxurların partladılması, metal tökümü və xəlitələrin hazırlanması prosesi ilə əyani şəkildə tanış olub. Səfirə qiymətli metalların ixracatı və şirkətin ölkə iqtisadiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.
Daşkəsən rayonuna səfərdən məmnun qalaraq zəngin təəssüratlarla ayrıldığını bildirən C.Vada səfəri zamanı ona göstərilən yüksək diqqətə və yaradılan şəraitə görə minnətdarlığını bildirib. Səfir iki ölkə arasında iqtisadi əməkdaşlığın qiymətləndirilməsi baxımdan səfərin olduqca faydalı olduğunu diqqətə çatdırıb.


Yaponiyanın ölkəmizdəki səfiri Daşkəsən rayonundakı filiz yataqlarında olubYaponiyanın ölkəmizdəki səfiri Daşkəsən rayonundakı filiz yataqlarında olubYaponiyanın ölkəmizdəki səfiri Daşkəsən rayonundakı filiz yataqlarında olub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi