Əhəd Abıyev: Güclü Azərbaycanımız üçün Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk
21-09-2020, 11:03
161 dəfə baxılıb
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev - Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Bu gün biz, güclü Azərbaycanımız üçün Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə Sumqayıt şəhəri ilə məhdudlaşmır, bölgələri də əhatə edir.
Azərbaycanın hər bir bölgəsində qeyri-neft sektoruna diqqət və qayğı yüksək səviyyədədir. Ölkəmiz ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub. Azərbaycan iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında da ön yerdə dayanır.
Baxmayaraq ki, 2009 və 2010-cu illər tarixə böhran ili kimi daxil oldu, bu dövrdə ölkə iqtisadiyyatı dinamik inkişafı ilə dünyanın diqqətində oldu. Ölkədə aparılan islahatlar dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat yaratmağa geniş imkanlar açdı. Prezident tərəfindən düzgün atılan addımlar sayəsində Azərbaycana investisiya axını dayanmadı. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Lakin Prezidentin mühüm addımları bu böhranın qarşısını dərhal aldı. Sahibkarlara göstərilən maddi yardımlar nəticəsində bir çox iş yerləri dayanmadan fəaliyyət göstərdi. Bütün bu xaos dünyasında Azərbaycan modeli dünyaya örnək kimi göstərilir. Prezident İlham Əliyevin pandemiyaya qarşı atdığı addımlar vətəndaşın sağlamlığının onun üçün ən ümdə məsələ olduğunu göstərir. Xalq öz liderinə sədaqətini nümayiş etdirir, pandemiya fonunda dövlətin atdığı addımlar nəticəsində rəqəmlərin böyüməməsinə görə öz liderinə minnətdarlıq edir. Bu çətin dövrdə də Prezident İlham Əliyevin liderlik qabiliyyəti Azərbaycan iqtisadiyyatını da ayaqda saxladı. Cənab Prezident xalq tərəfindən sevilən lider olduğunu bir daha dünyaya nümayiş etdiridi.
“Kanal13” youtube internet kanalının “Bumeranq” verilişində 17.09.2020-ci il tarixdə yayımlanan “Masallının “KRAL”ı Əhəd Abıyevin TOPDAĞITMAZ NƏHƏNG SƏRVƏTİ: Hotellər, restoranlar, lüks villalar...” başlıqlı Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, uydurulmuş, heç bir həqiqətə uyğun olmayan, tam yalan məlumatlardan ibarət videoya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə tərəfimizdən müraciət edilmişdir.
Adı çəkilən restoranlar, otellər, ticarət mərkəzləri, torpaq sahələrinin Əhəd Abıyevə heç bir aidiyyəti və onunla qətiyyən əlaqəsi yoxdur. Bu faktlardan biri təsdiqini taparsa adı çəkilən əmlaklar notarial qaydada həmin şəxsə hədiyyə ediləcəkdir.
Hər il bayram tədbirlərində ənənəvi olaraq əsgərlərimiz tərəfindən erməni bayrağı sındırılır. Bir dəfə əsgərlərimiz tərəfindən hazırlanmış bayrağı başçı sındırıb. Sınan erməni bayrağını Kolumbiya bayrağına bənzədənlər isə deməli ermənilərin dostudur.
Bilərəkdən məkrli niyyətlə aparıcı Arzu Sayadoğlunun təqdimatında hazırlanmış şər-böhtan xarakterli məluatları özündə ehtiva edən qərəzli video ilə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələməyə çalışırlar. Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu videodakı məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir.
Daşkəsən rayon icra Hakimiyyəti Başçısı Əhəd Abıyev köhnə Xalq Təsərrüfatı İnustitunu (indiki İqtisad Universitetini) bitirmişdir. “Təfəkkür” Universitetinin diplomu ilə bağlı bildiririk ki, həmin diplom heç bir yerdə istifadə olunmamışdır. Əgər surəti və ya istifadə olunduğu yer varsa buyurub təqdim edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR