Ədalət Hacıyev: Möhtərəm prezidentimiz İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirir
9-03-2021, 11:53
50 dəfə baxılıb
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev - Xarici media nümayəndələrinin suallarını cavablandırarkən prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinə, müttəfiqlərlə əlaqələrinə də toxunaraq dövlətimizin xarici siyasət kursunda həmişə ardıcıl olduğunu, istər siyasi, istərsə də iqtisadi məsələlərdə səmimi və birmənalı mövqe nümayiş etdirdiyini qeyd etmişdir. “...Azərbaycan həmişə... bütün ölkələrin suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi prinsipinə sadiq qalıb. Biz həmişə bunu həm bəyan etmişik, həm də müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı praktiki olaraq həyata keçirmişik. Deməliyəm ki, GUAM-ın üzvü olan ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə həmin ölkələrin həmrəy mövqeyi, mənim fikrimcə, elə mühüm təməldir ki, biz öz münasibətlərimizi prinsip etibarilə həmin təməl üzərində qururuq. BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir”. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bu da bizim əldə etdiyimiz uğur, beynəlxalq aləmdə qazandığımız müvəffəqiyyətimizdir.
Müstəqillik əldə etdikdən sonra ölkə bu yanacağa olan təlabatını daxili mənbələr hesabına təmin etməyə məcbur qalmışdır. Statistikaya nəzər salsaq 90-cı illərdə respublikada qaz hasilatı aşağı düşmüşdür. Belə ki,əgər 1989-cu ildə 11112 milyon m3 qaz hasil olunmuşdursa 1999-cu ilə bu göstərici təqribən 2 dəfə azalaraq 5997 milyon m3 olmuşdur. Həyata keçirilən tədbirlərin, aparılan iqtisadi islahatlar, yeni neft-qaz yataqlarının axtarışı, istismarın genişləndirilməsi, mövcud ehtiyatlardan səmərəli istifadə 2000-ci illərdən etibarən bu problemin həllinə kömək etdi və bunun nəticəsində ildən-ilə artım müşahidə olundu. 2007-ci ildə artıq qaz hasilatı təqribən 3 dəfə artaraq 16850 m3 oldu. Beləliklə Azərbaycanın qaz sənayesinin durmadan inkişafı onu mühüm qaz ixrac edən ölkələrdən birinə çevrildi.
Əlbəttə, Azərbaycan dünyanın diqqət mərkəzində olan geosiyasi məkanda yerləşir, böyük enerji ehtiyatlarına malikdir. Bu amillərə görə ölkəmizin inkişafını istəməyən bir sıra xarici qüvvələr mövcuddur. Bununla belə, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirməkdədir. Möhtərəm prezidentimiz İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi də bu siyasətin məntiqi nəticəsidir. Təşkilat yaranan zamandan ona bu qədər böyük səs çoxluğu ilə seçilmiş nadir ölkələr var. 200-ə yaxın dövlətin içərisində 155 dövlətin dəstəyini almaq, həqiqətən də, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna dəlalət edir. Ümumiyyətlə, uzun illərə hesablanan siyasət Azərbaycanın beynəlxalq aləmdə imicini gücləndirib. Bu gün Azərbaycan BMT TŞ-da söz sahibi olan dövlətdir.
Qeyd etdiyimiz kimi, dövlətimizin həyata keçirdiyi xarici siyasət prinsipial, qətiyyətli və xalqımızın mənafeyinə tam uyğundur. Bu gün Azərbaycanda dövlətimizin güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasət həyata keçirilir.
ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin və Qazilərimizə tezliklə şəfa versin.
Qızğın döyüşlər getdiyi bir dövrdə Azərbaycan Prezidenti dünyanın nüfuzlu telekanalların nümayəndələrinə 30-dək müsahibə verərək, həqiqətləri öz dolğun və məntiqli cavablarıyla dünya ictimaiyyətinə çatdırdı ,xalqımızın və dünyada yaşayan bütün azərbaycanlıların sevimli liderinə çevrildi.
Hər dəfə rəzil, bişərəf, binamus, qorxaq, qəddar düşmənin dinc əhaliyə hücumundan sonra Ali Baş Komandan bir cümlə işlədirdi. “Biz bunun qisasını hərb meydanında alacağıq” və “Dəmir yumruq” faşistlərin başına enərək onları məhv edirdi.
Bütün müsahibələrində Prezident bir məsələyə də həmişə toxunuraq deyir ki, Azərbaycan pasportu daşıyan hər bir erməni bizim vətəndaşımızdır. Azərbaycan qanunlarının qoruması altındadır.
İlham Əliyev 26 fevral 2021-ci ildə Xocalı soyqrımın 29-cu ildönümü ildə günü keçirdiyi və 4 saat davam edən mətbuat konfrasında 35 media qurumunun 50-dək sualını 4 dildə ətraflı və məntiqli şəkildə cavablandıraraq yeni rekorda imza atdı.
Düşünürəm ki, bu tarix də təsadüfi deyildi, bu günü seçməklə Prezident Xocalı soyqrımını bir daha dünya ictimaiyyətinin yadına saldı bu faciəni unutmayacağımızı və unutdurmayacağımızı bir daha qeyd etdi.
Azərbaycanın 30 ildə başına gələn bütün bəlalara baxmayaraq, “Xalq-Prezident” birliyi nəticəsində biz ayağa qalxdıq, güclü iqtisadiyyat, güclü ordu qurduğ və bütün qonşu dövlətlərlə sülh tərəfdaşlıq və dostluq şəraitində regionun lider dövlətinə çevrildik.
Bütün bunları yazaraq, düşünürəm ki, biz xoşbəxt xalqıq. Ona görə ki, bizim İlham Əliyev kimi savadlı, ağıllı, müdrik, sözünü deməyi bacaran və hər dediyi hər kəlmənin arxasında duran , möhkəm iradəli və “Dəmir yumruqlu” bir Prezidentimiz var. Azərbaycanın inkişafı naminə ona bu həyatda möhkəm can sağlığı arzu edirəm və onun məhşur cümləsi ilə fikrimi tamamlamaq istəyirəm: “Cənab Prezident, sayənizdə Qarabağ Azərbaycandır!”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR