Ədalət Hacıyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə öz həmkarlarına təbriki
30-12-2020, 12:18
196 dəfə baxılıb
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev - Bu gün biz, eyni zamanda, həm Yeni ili, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirik. 2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu. Bu fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları səmimi qəlbdən salamlayıram, onları təbrik edirəm. Onlara bildirmək istəyirəm, fəxr edə bilərlər ki, bu gün dünyada müstəqil Azərbaycan dövləti vardır. O Azərbaycan dövləti ki, bu gün dünyanın bir nömrəli beynəlxalq qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüdür. O dövlətdir ki, hətta böhranlı illərdə öz iqtisadi inkişafını davam etdirmiş, öz daxili resursları üzərində güclü iqtisadi zəmin yaratmış və gələcəyə böyük ümidlərlə, böyük nikbinliklə baxır.
Mən bütün azərbaycanlıları bu gözəl bayramlar - həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm Yeni il bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə cansağlığı, xoşbəxtlik arzulayıram.
Müstəqil Azərbaycan Respublikasının vətəndaşı xoşbəxtdir ki, Azərbaycan kimi çiçəklənən ölkədə yaşayır. Onun uzaqgörən və müdrik siyasi lideri vardır. Ölkə başçımız Ulu Öndərin siyasi xəttini davam edərək, Azərbaycan üçün yeni üfüqlər açdı.
Azərbaycan dünya hərb tarixində yeni başlıqla yeni bir dastan yazdı. 2020-ci ilin sonu dünya hərbi tarixində yeni müharibə aparmaq üsulunu məhz Azərbaycan əsgəri yazdı. Məhz Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə dünya tarixində ilk dəfə pilotsuz uçuş aparatları ilə müharibə edildi. Bu bir şanlı Azərbaycan Tarixi səhifəsidir.
Azərbaycan əsgəri Dədə Qorqud nəsiyətləri ilə böyüyüb başa çatmışdır. Dədə Qorqud öz nəsihətində Azərə torpağın yurd, vətən olması üçün şərtlərini sadalayır, bu torpağı əkib becərməyi, onu yağılardan qorumağı tapşırır və bildirir ki, “o torpağı ki, qoruya bilmədin, onu əkib-becərməyə dəyməz”
Ömrünü xalq üçün Azərbaycan ölkəsinin inkişafına həsr edən, yorulmadan bunun üçün çalışan Prezident isbat etdi ki, Azərbaycan torpağında iqtisadi inkişaf həmişəki kimi əsas məsələdir və bu torpağın qorunması üçün də Ali Baş Komandan Müzəffər Ordu qurmuş və bütün dünyaya bacarıqlarını nümayiş etdirmişdir.
Təsadüfi deyil ki, Dünya Bankı belə bir qənaətə gəlmişdir ki, Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir.
Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.
Bu hər bir Azərbaycan vətəndaşı üçün fəxr edici məqam olduğu kimi, digər ölkələr üçün nümunədir. Bu gün Azərbaycan regionun lider ölkəsidir.
Azərbaycan bütün dünyaya “günəş kimi parladı”. Bu Ulu Öndər Heydər Əliyevin strateji kursunun istiqaməti idi və buna Ölkə Başçımız cənab İlham Əliyev nail oldu.
2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu.
Azərbaycan bundan sonra da çiçəklənəcək, müdrik siyasi lideri cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni zirvələri fəth edəcəkdir.
Bayramınız mübarək olsun!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR