xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 

Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!

19-02-2021, 12:52 261 dəfə baxılıb

Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!


Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qazax rayon icra hakimiyyəti Başçının birinci müavini Məmməd Alıyevdir. Məmməd Alıyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır. Məmməd Alıyev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır. Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır! Məmməd Alıyevin görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Qazax RİH-də yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin ilk iclası keçirilib

Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!


Ötən yazımızda da qeyd etdiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Qazax Rayon İcra Hakimiyyətində "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.
Şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, şərəfli döyüş yolu keçmiş, ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət” ordeni və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi kapitan Çobanov Samir Natik oğlu təyin edilib.
Yeni fəaliyyətə başlayan şöbənin artıq ilk iclası keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və icra aparatının məsul şəxslərinin, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialının Qazax Rayon Qəbul Şöbəsinin, Dövlət Məşğulluq Agentliyi 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının, Qazax Rayon Qeydiyyat Şöbəsinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda şöbənin yaradılmasından əvvəl rayonda Vətən müharibəsinin şəhidləri, eləcə də bütün şəhidlərimizlə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Bu günə kimi görülmüş işlərin bundan sonra da uğurla davam etdiriləcəyi qeyd edilib. Şəhid ailələrinə, qazilərimizə, eləcə də Vətən müharibəsinin iştirakçılarına diqqət və qayğı ilə yanaşmağın hər bir vətəndaşın borcu olduğu vurğulanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni yaradılmış şöbəyə müdir təyin edilmiş Samir Çobanovu təbrik edib, səmimi ürək sözlərini çatdırıb və uğurlar arzulayıb.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, böyük Zəfərdən söz açan icra başçısı buna görə şəhidlərimizə və Vətən uğrunda sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu bildirib. Dövlət və ölkə başçısı tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan danışan rayon rəhbəri yeni yaradılan şöbənin də məhz onların sosial rifah halının yaxşılaşdırılmasına, qayğılarının müsbət həllini tapmasına xidmət edəcəyini qeyd edib. İcra başçısı rayonda şəhid ailələrinə və qazilərə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Yeni yaradılmış şöbənin bu istiqamətdə görülmüş işlərə öz töhfəsini verəcəyini söyləyib.
Ona göstərilən etimada görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirən qazi Samir Çobanov yeni yaradılan şöbəyə müdir vəzifəsinə təyin edilməsini özünün timsalında qazilərimizə göstərilən qayğı kimi qiymətləndirib. Döyüş meydanında olduğu kimi, çalışdığı sahədə də öz işində məsuliyyətlə çalışacağını, şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının qaldırdıqları hər bir məsələyə həssaslıqla yanaşacağını bildirib.

Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!
Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!


İcra başçısı ötən il Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub

Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!


Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli Qərarına əsasən fevralın 1-dən ümumtəhsil məktəblərinin ibtidai siniflərində, fevralın 8-dən isə V-IX siniflərdə tədris və təlim-tərbiyə prosesi əyani formada bərpa olunub.
Məktəblərdə əyani tədrisin bərpa olunması ötən il Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmuş Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin kollektivi tərəfindən də sevinc hissi ilə qarşılanır. Pandemiya müddətində şagirdlərlə onlayn şəkildə görüşən məktəb kollektivi öz işini Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən mövcud vəziyyət nəzərə alınmaqla həyata keçirir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd tam orta məktəbində olub.
Kollektivlə səmimi söhbət edən rayon rəhbəri məktəbdə tibbi maskadan istifadə olunmasına, sosial məsafənin gözlənilməsinə, məktəbə gələn işçi heyətin və şagirdlərin temperaturunun ölçülməsinə, sinif otaqlarının havalandırılmasına və digər profilaktik tərdbirlərin görülməsinə birmənalı şəkildə riayət olunmasını bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Məktəbin direktoru Samir Hüseynov Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar məktəbinin əsaslı şəkildə yenidən qurulmasını müəllim və şagirdlərin bu gün də böyük razılıq hissi ilə qarşıladıqlarını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğılarını yüksək qiymətləndirən məktəb direktoru kənd sakinləri, məktəbin müəllim-şagird kollektivi, eləcə də valideynlər adından onlara dərin minnətdarlığını bildirib. Ölkə başçısının və Mehriban xanımın qətiyyətli addımları sayəsində pandemiya ilə mübarizə sahəsində görülmüş işləri və əldə edilən uğurlu nəticələri yüksək qiymətləndirən məktəb direktoru kollektiv olaraq üzərilərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Məktəb direktoru tədrisin əyani formada davam etməsi üçün xüsusi karantin rejiminin qaydalarına məsuliyyətlə yanaşmağın, ciddi şəkildə əməl etməyin hər bir müəllim və şagirdin borcu olduğunu qeyd edib. Məktəbdə xüsusi karantin rejiminin qaydalarına, tələb və tövsiyələrinə ciddi şəkildə riayət edildiyini, tədrisin növbəli şəkildə olmaqla həftənin tək günləri I-IV siniflərdə, cüt günləri isə V-IX siniflərdə təşkil olunduğunu bildirib.

Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!
Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!


İcra başçısı şəhərdə, Canalı və Kosalar kəndlərində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında olub

Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!


Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli Qərarına əsasən fevralın 15-dən bərpa olunub.
Qazax Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə 25 (6-sı şəhər, 19-u kənd) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, hər birində Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən mövcud vəziyyət nəzərə alınmaqla, dezinfeksiya, eləcə də geniş təmizlik, tibbi-profilaktik işlər aparılıb.
Hər kəsə o da yaxşı məlumdur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bunun əyani sübutudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərdə fəaliyyət göstərən 2 saylı uşaq bağçasında, 5 saylı körpələr evi-uşaq bağçasında, Canalı kənd uşaq bağçasında, Kosalar kənd 2 saylı körpələr evi-uşaq bağçasında və 3 saylı uşaq bağçasında olub, körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, istilik sisteminin, ərzaq təminatının mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbəri bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılması, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsi, gigiyenik qaydalara ciddi şəkildə riayət olunması və digər məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Bağça müdirləri ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektiv və valideynlər adından minnətdarlıqlarını bildiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Öz işlərini xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində qurduqlarını, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl etdiklərini vurğulayıblar.

2 saylı uşaq bağçası

Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!


5 saylı körpələr evi-uşaq bağçası

Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!


Canalı kənd uşaq bağçası

Məmməd Alıyev yüksək insanlığı ilə seçilən bir insandır!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi