Şərəfli vəzifəyə yiyələnən Hikmət Osmanov bu işin müqəddəsliyini qoruyub saxlayır
18-01-2021, 12:14
420 dəfə baxılıb
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitələri sədri Hikmət Osmanovdur.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitələri sədri Hikmət Osmanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Hikmət Osmanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Hikmət Osmanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Əmək fəaliyyətinə 1979- cu ildə Quba rayonunda komsomol işində başlayaraq 1984- cü ilədək Azad komsomol komitə katibi, rayon komsomol komitəsinin katibi olmuşdur.
1984- cü ildən 1990- cı ilədək Quba rayon Partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, Bakı Ali Partiya məktəbində əyani təhsil almışdır.
1991- ci ildən 1995- ci ilin sonunadək Quba sovxoz– texnikumunun direktoru vəzifəsində işləmişdir. I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2005- ci ilin sentyabr ayında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir və hal hazıradək həmin vəzifədə çalışır.
4 fevral 2008- ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “ Tərəqqi ” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.
Sorğu apardıq ağız dolusu Hikmət Osmanovdan danışdılar yaxşı ki, Hikmət Osmanov Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitələri sədridir… Hikmət Osmanov öz isguzarlığı ilə tanınır və seçilir….
Hikmət Osmanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Hikmət Osmanovu heç vaxt əqidəsindən döndərə bilməz.
Hikmət Osmanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Hikmət Osmanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Hikmət Osmanov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Hikmət Osmanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Hikmət Osmanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Hikmət Osmanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitələri sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Hikmət Osmanov özünü doğruldub. Bizdə hörmətli Hikmət Osmanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitələri sədri Hikmət Osmanov - Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi,düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu. Azərbaycan ordusu Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib, diz çökdükdən, ağ bayraq qaldırdıqdan sonra dayanıb. Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR