xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Şəhid ailələri özünüməşğulluq proqramına cəlb edildi - Fotolar

15-12-2020, 13:05 83 dəfə baxılıb

Şəhid ailələri özünüməşğulluq proqramına cəlb edildi - Fotolar


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsi şəhidlərinin və yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkən şəxslərdən 700-dən çox şəxsi növbədənkənar özünüməşğulluq proqramına cəlb edib.

"Qafqazinfo" xəbər verir ki, onlardan 450-ni şəhidlərin, 180-ni yaralanmış hərbçilərin ailə üzvləri, 35-ni müharibə iştirakçıları və b. təşkil edir.

Proqrama cəlb edilən şəxslərdən artıq 330 nəfərinə mal və materiallar, avadanlıqlar formasında aktivlər verilməklə, kiçik ailə müəssisələri yaradılıb. Qalanlarının da aktivlərlə təminatı, habelə bu kateqoriyadan olan vətəndaşların proqrama cəlb edilməsi işləri davam edir.

Həmçinin erməni terroru nəticəsində evləri dağılmış 25 şəxs üçün də son günlərdə özünüməşğulluq proqramı çərçivəsində kiçik müəssisələr yaradılıb.

Eyni zamanda, Agentlik Vətən müharibəsi şəhidlərinin və yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkən şəxslərdən 100 nəfərini istəklərinə uyğun olaraq haqqı ödənilən ictimai işlərə cəlb edib.



Şəhid ailələri özünüməşğulluq proqramına cəlb edildi - FotolarŞəhid ailələri özünüməşğulluq proqramına cəlb edildi - FotolarŞəhid ailələri özünüməşğulluq proqramına cəlb edildi - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi