Xalqını qələbələrə götürməyi bacaran xilaskar lider - İlham Əliyev
23-12-2020, 21:30
79 dəfə baxılıb
Bir xalqın, dövlətin onu qələbələrə, uğurlu inkişafa götürüb, istək və arzularını, qarşılarında duran problemini həll edən bir lideri varsa, o xalq, millət xoşbəxtdir. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan xalqı da dünyanın xoşbəxt xalqlarından biridir ki, onun istək və arzularını reallaşdırıb, qələbəyə götürən İlham Əliyev kimi bir lideri var. Bəlağətsiz olaraq qeyd edə bilərik ki, bu gün cənab İlham Əliyev öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderlik keyfiyyətlərini özündə mükəmməl portretini cəmləşdirən bir liderdir. Bu gün İlham Əliyev istər klassik, istər sə də müasir dövrün liderlik keyfiyyətlərini özündə birləşdirən şəxsdir.
Cənab İlham Əliyev bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri - həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm qurucu rəhbər obrazlarını onun siyasi portetində tapa bilir. İstər Azərbaycan cəmiyyəti, istərsə də dünya cənab İlham Əliyevin bu liderlik qabliyyətlərini 44 günlük Vətən müharibəsi dövründə görüb, bir daha şahidi oldu. Çünki Azərbaycan tarixində cəmiyyətin ən müxtəlif təbəqə və qütblərini bir araya gətirib dəmir yumruq kimi birliyini təmin edib dövlətin qarşısında duran əsas problemini həll etdiyinin şahidi olmamışdı. Amma cəmiyyətin belə bir yumruq birliyini formalaşdırmaq məhz İlham əliyevə nəsib oldu. Bu da onun necə bir lider olduğunu dünyaya nümayiş etdirdi.
Bu günün və gələcəyin lideri - İham Əliyev
Öz siyasi qabiliyyəti ilə cənab İlham Əliyev bu günün deyil, gələcəyin lideri olduğunu sübut etmiş oldu.
Etiraf edək ki, bu gün bütün dünyada, sanki, bir lider böhranı yaşandığından biz dünyanın ən müxtəlif bölgələrində acı faciələrə şahidlik etməkdəyik. Dünyada gərginlik artmaqdadır. Amma Azərbaycanın bu baxımdan bəxti gətirib. Bu gün Azərbaycan xalqını uğurlu sabahlara götürə biləcək İlham Əliyev kimi xilaskar lideri var.
Bu zaman istər-istəməz hələ 17 il öncə Ulu öndər Heydər Əliyevin öz siyasi varisinin siyasi müəyyən edərkən İlham Əliyev Haqqında dedikləri fikilərin nə qədər doğru olduğunu zaman keçdikcə nəinki Azərbaycan xalqı, bütün dünya şahidi olmaqdadır. Ulu Öndər cənab İlham Əliyevin uğurlara imza atacağını qətiyyətlə bildirirdi:
“Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, Mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, tarix artıq Ulu öndərin dediyini sübit etdi. Artıq cənab İlham Əliyev dünya səviyyəli bir liderdir.
Hazırda dünyada liderin rolu daha da artdığı bir zamanda güclü lider və müasir idarəetmə texnologiyalarını tətbiq edən İlham Əliyevin rəhbərliyilə Azərbaycan özünün rəqabətqabiliyyətini və milli təhlükəsizliyini gücləndirir.
Yeni iqtisadi modelin müəllifi
Ben Bernankenin “Addım atmaq cəsarəti” memuarı bu sözlərlə başlayır ki, çağırış zamanı əsas qərar verməkdir və bu, istənilən qərarsızlıqdan yaxşıdır. Hər bir lider həm də anında cəsarətli qərarları ilə lider olur. Prezident İlham Əliyev bir neçə dəfə, o cümlədən strateji yol xəritələri ilə yeni iqtisadi model quruculuğuna başlayanda və 2018-ci ilin prezident seçkilərindən sonra islahatların yeni səhifəsini açanda məhz belə cəsarətli qərarlar vermişdi.
Maykl Spens və David Brady ikinci dünya müharibəsindən sonra ən sürətlə və davamlı inkişaf edən ölkələrin təcrübəsini təhlil edərək liderin davamlı iqtisadi artımda nə dərəcədə əhəmiyyətli rol oynadığını sübut etmişdilər. Onların fikrincə, lider ilk mərhələdə modeli və strategiyanı, ona uyğun institutları formalaşdırır, ikinci mərhələdə isə lider seçilmiş modeli yeni çağırışlara uyğunlaşdırmağı bacarmalıdır. Fikrimizcə, Prezident İlham Əliyevin etdiyi də elə budur: Azərbaycanın iqtisadi inkişaf modelini daimi yeniləməklə, davamlı inkişafı təmin etmək.
Prezident İlham Əliyevin dünya miqyaslı lider olması, onun dünya görüşü və intellektual potensialının zənginliyi, həmçinin qlobal düşüncə tərzi Azərbaycandakı islahatların uğurunu təmin edir. BMT Təhlkəsizlik Şurası, Davos İqtisadi Forumu, Qoşulmama Hərəkatı, Türkdilli Ölkələrin Şurası, Mədəniyyətlərarası dialoq və s. platformalarda Prezident İlham Əliyev qlobal və regional gündəliyin formalaşdırılması prosesində iştirak etməklə yanaşı, həm də Azərbaycanın bu gündəliyə uyğun inkişafını təmin edir. Özü də bu gün Azərbaycan təkcə qlobal inkişafdan faydalanmaqla kifayətlənmir, həm də bu inkişafa multikulturalizm, tolerantlıq, iqtisadi islahatların idarə edilməsi modeli və innovativ mexanizmlərin tətbiqi bütün bunlara rəng qatır.
Çağırışı imkana çevirən lider
Azərbaycan yerləşdiyi coğrafi məkana görə tarixən dünya güclərinin maraq dairəsində olan bir coğrafi məkan olub və olmaqda davam etməkdədir. Dünya güclərinin maraqları toqquşduğundan Azərbaycan həm də dünyanın ən mürəkkəb bir bölgəsi hesab olunmaqdadır. Məhz belə bir mürəkkəb şəraitdə milli maraqlara xidmət edən siyasət yürütmək heç də hər bir liderə nəsib olmur. Çünki dünya güclərinin maraqları toqquşduğundan bölgədə ciddi problemlər yaranır. Cənab İlham Əliyevin liderlik qabliyyəti, müdrik, uzaqgörən, qətiyyətli, cəsarətli siyasəti nəticəsində həm Azərbaycan öz təhlükəsizliyini təmin edir, həm ölkənin davamlı inkişafını təmin edən meqalayihələrinin təşəbbüskarı kimi çıxış edərək, onu reallaşdırır, həm də dövlətin qarşısında duran problemlərin həlli üçün ciddi zəmin yaradaraq onun həllinə nail olur. Bax, bu baxımdan Prezident İlham Əliyev də hər bir çətinliyi üstünlüyə çevirməyi bacaran liderdi. Azərbaycanı “coğrafiyanın lənətindən” – okeanlara birbaşa çıxışışımızın olmamasından – yan keçirərək ölkəmizi nəqliyyat-logistika habına çevirmək məhz dediyimizə nümunədir. Çünki Prezident İlham Əliyev kvant fizikasının əsas qanunlarından birinə əsaslanaraq, obyektə başqa bucaq altında baxır və belədə obyekt həmin bucağa uyğun görüntülənir. Bu halda liderə güclü fəhm və dərin təfəkkür lazımdır ki, düzgün variant – bucaq seçə bilsin. Həzrəti Əlinin belə bir deyimi var ki, “ağıllı adamın zənni də gerçək olur”. İlham Əliyevin güclü intuitsiyası, mühakimə qabiliyyəti və iti ağılı hər bir vəziyyətdə optimal qərar qəbul etməyə imkan verir. O müasir dünyanın çağırışlaırna zamanında çevik reaksiya verməklə, onu Azərbaycanın milli maraqlaırna uyğun həyata keçirməyi bacarır.
İdarəetmənin “qrossmeyestri”
İlham Əliyev S.Huntinqton və başqalarının irəli sürdüyü bürokratik siyasət modelinin Azərbaycanda işləməsinə, yəni müxtəlif marjinal qrupların dövlət siyasətini öz maraqlarına istifadə etməsinə bir an imkan vermədi. Azərbaycanda son kadr və struktur islahatları fonunda kimin hansı mövqedə oturmasından asılı olmayaraq, hamı Prezidentin monolit komandasının üzvü kimi dövlət siyasətinə xidmət edir. Beləliklə Prezident Əliyev qərar qəbuletmə prosesində koqnitiv və rasional yanaşmalardan istifadə edir. Rasional seçim modelinə görə bir lider kimi İlham Əliyev məhz Azərbaycan dövlətinin maraqlarına uyğun olaraq prioritetləri düzgün müəyyənləşdirir və onların rasional ardıcıllığını təmin edir. Məsələn, iqtisadi islahatlarla böhran aradan qaldırılan kimi, dərhal sosial islahatlarla əldə edilmiş nəticələr əhali qrupları arasında bölüşdürüldü və siyasi islahatlara, o cümlədən hakimiyyətin hər üç qanadının islahatına – dövlət idarəetmə islahatlarına “yaşıl işıq yandırıldı”. Beləliklə, qısa müddətdə iqtisadi-sosial-siyasi islahatlar alqoritmi ilə ölkə tam reformat olundu. İnstitusional iqtisadçılar iqtisadi davranışların məhz təkamül prosesi və institutların iştirakı ilə formalaşdığını deyirlər. Prezident İlham Əliyevin bir lider olaraq iqtisadi, sosial və siyasi institutları təkamül yolu ilə reformat etməsi və yeni iqtisadi davranışa keçidin təmin olunması bu baxımdan əhəmiyyətlidir. Belə vəziyyətdə Azərbaycan - 2020-2025-ci illərdə bütün istiqamətlərdə texnoloji transferi sürələndirməyə hazırdı.
Üzünü gələcəyə tutan lider
Artıq təkcə keçmişə baxıb, gələcəyi proqnozlaşdırmaq olmur, həm də elə gələcəyə baxıb gələcəyi proqnozlaşdırmaq və idarəetmənin çevik həyata keçirmək zərurəti yaranmışdır. İdarəetmə aartıq yeni situasiyaya dərhal uyğunlaşmanın həyata keçirilməsini və buna uyğun qərarlar verilməsini tələb edir. Prezident İlham Əliyev bu trendi gözəl bilir və çevik idarəetmə modeli yaradıb. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun hesablamalarına görə “hökümətin dəyişikliklərə çevik reaksiyası” göstəricisinə görə Azərbaycan dünyanın 140 ölkəsinin arasında 5-ci yeri tutur. Əslində dünyada rəqabət məhz idarəetmə modelləri arasındadır. Məhz Heydər Əliyev dühası və onun varisi İlham Əliyevin idarəetmə bacarığı sayəsində Azərbaycan bütün təhdidlərə rəğmən hazırda dünyanın ən islahatçı, sabit inkişaf edən və real müstəqilliyi olan ölkələrindən biridir. İham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetmədə aparılan islahatlarda əvvəlcə məmur-vətəndaş təmaslarından elektrona, indi isə elektrondan rəqəmsala keçid baş verir. Eyni zamanda dövlət idarəetmə islahatları məcburetmədədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə və “kölgə iqtisadiyyat”dan leqallaşmaya keçidi təmin edir.
Prezident İlham Əliyevin idarəetmə islahatlarının tərkibi kimi kadr islahatlarını aparması və gəncləri önə çəkməsi, eyni zamanda nəsillərarası varisliyi qoruması islahatın uğurunu təmin edir. Görkəmli alim Xudu Məmmədov deyirdi ki, "üzünü gəncliyə tut, səsin gələcəyə çatsın". Z-nəsli və minilliyin nəslinə stavka edilməsi və onların idarəetməyə cəlb olunması Azərbaycanın dünya ilə ayaqlaşması üçün əhəmiyyətlidir.
Əslində 2019-cu ildə miqyas etibarı ilə ən iriçaplı sosial islahatların həyata keçirilməsi, bir tərəfdən rifahın yaxşılaşmasına xidmət edirdisə, digər tərəfdən də insan kapitalının inkişafına yatırılan sərmayə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev bu nöqtədən – Azərbaycan insanının maraqlarından yola çıxıb.
Sərhədləri aşan lider
İlham Əliyevin lider portreti ona kənardan daha çox diqqət cəlb edir. Çünki bu portret siyasi, ideoloji, psixoloji və tarixiliyilə seçilir. Dost Ukraynanın Prezidenti V.Zelenski Bakıda olanda Azərbaycan Prezidentinə belə demişdi ki, “mənim bir ideyam var. Siz bir neçə dəfə rəqəmlər səsləndirdiniz – Azərbaycanda dövlət borcu azdır, son 15 ildə ümumi daxili məhsul üç dəfədən çox artıb. Bütün bunlar sizdə var, istərdik ki, bizdə də belə olsun.” Bunu o ölkənin prezidenti səsləndirir ki, elə son 15 ildə orada müxtəlif rəngli inqilablar olmuşdu. Ərazisi Azərbaycandan yeddi dəfə, əhalisi 4,5 dəfə çox olan və Avropanın coğrafi mərkəzində yerləşən ölkəni Azərbaycan kimi olmağa sövq edən lider – İlham Əliyevdir! Məhz İlham Əliyevin təkamül yolu ilə irəlilətdiyi Azərbaycan bütün mötəbər dünya reytinqlərində Ukraynanı üstələyir. Gürcüstan Prezidenti Salome Zurabişvili də bildirmişdi ki, “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”. Məhz İlham Əliyevin liderlik etdiyi Azərbaycanın gerçəkləşdirdiyi infrastruktur layihələri qonşu Gürcüstanın dövlət müstəqilliyinin gücləndirilməsinə təkan verməklə bu ölkədəki demokratik inkişafın əsasında dayanır. Bu gün İlham Əliyev Qafqazın siyasi lideri olmaqla bu bölgədə tarazlığın, sabitliyin və inkişafın əsas qarantlarındandır.
Sinqapur “iqtisadi möcüzəsi”nin atası Li Kuan Yu deyirdi, “bir millət təkcə sayına görə böyük deyil. Böyüklük xalqın iradəsi, birliyi, dözümlülüyü, nizam-intizamı və liderlərinin keyfiyyəti ilə ölçülür ki, məhz lider tarixdə xalqına şərəfli yer qazandırır.” Azərbaycan ərazisinə görə dünyada 112-ci və əhalisinə görə 90-cı yerdə olsa da, nüfuzlu “US News”un hesabatına görə dünyada 35-ci ölkədir. Bunun nə demək olduğunu izah etmək üçün Azərbaycanın bu sıralamda Almaniya və Finlandiya kimi inkişaf etmiş ölkələrin arasında yerləşməsini qeyd etmək kifayətdir. Prezident İlham Əliyev məhdud imkanlar və sərt qonşuluq şəraitində, Azərbaycanı US News-un hesabatına görə dünyada 45-ci gücə çevirməyi bacarmışdır. Hesabata “güc” amilini müəyyənləşdirən parametrlər – iqtisadi, siyasi, hərbi olmaqla yanaşı, həm də liderin roluna yer ayrılır. Li Kuan Yunun millətin gücünün kəmiyyətdə deyil, keyfiyyət parametrlərində, o cümlədən, liderin rolunda olması barədə fikri tam yerinə düşür. Çünki İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur. Cənab İlham Əliyev fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir. Onun üstünlüyü bundadır. Bütün bunlar cənab İlham Əliyevə Azərbaycanı arzuladığı və bəyan etdiyi kimi müasir dövlətə, əhalisinin sosial rifah halında cəmiyyətə çevrilməsinə imkan verəcəkdir.
Mahir diplomat və sərkərdə
Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı necə mahir doplomat və sərkərdə qabliyyətini ortaya qoydu. Məhz onun rəhbərliyi altında müzəffər Azərbaycan ordusu təcavüzkar Ermənistanın 30 illik işğalçılıq siyasətinə son verməyi bacardı. Ermənistan-Azərbaycan münaqişəsi dünyanın digər bölgələrində mövcud olan münaqişələrindən tamamilə fərlqənirdi. Çünki dünya güclərinin bu münaqişənin danışıqlar yolu ilə həllində maraqları üst-üstə düşmürdü, əksinə toqquşurdu. Digər tərəfdən münaqişənin danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını həyata keçirən ölkələrə birbaşa və dolayısı ilə işğalçıya dəstək verir və təcavüzkarı işğalçılığıa sövq edirdi. Belə bir mürəkkəb münaqişə məhz cənab İlham Əliyev kimi dahi, müdrik, uzaqgörən, qətyyətli və cəsarətli liderin yürütdüyü siyasət nəticəsində mümkün oldu.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan xalqı və dövləti cənab İlham Əliyevin liderliyi altında hələ çox qələbələrə, uğurlara imza atacaq.
Milli Məclisin deputatı İqbal Məmmədov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR