xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi Meksikada anılıb (FOTO)

13-05-2019, 09:06 107 dəfə baxılıb

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi Meksikada anılıb (FOTO)


10 may tarixində ölkəmizin Mexikodakı Səfirliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı təşkil edilmiş tədbirdə Meksikada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Meksikada yaşayan həmvətənlərimiz, Mexiko şəhəri Migel Hidalqo bələdiyyəsi və yerli KİV nümayəndələri, Azərbaycanın Meksikalı dostları iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, onun müasir Azərbaycanın banisi olduğunu, ölkə tarixində həlledici rolunu qeyd edərək Vətənimizi xaos və böhrandan xilas edərək müdrik və uzaqgörən siyasəti nəticəsində dünyanın geosiyasi baxımdan ən mürəkkəblərdən biri olan regionda yerləşən ölkəmizin qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkəyə çevrilməsinə nail olduğunu bildirib.

Azərbaycanlı diplomat qeyd edib ki, hər bir Azərbaycanlı gündən günə daha da inkişaf edən, güclənən və dünyada nüfuzu artan ölkəmizi müşahidə edərkən Ülu Öndərin Azərbaycan tarixində misilsiz rolunu və onun verdiyi müdrik qərarların nəticəsini daha da aydın anlayır. Qüdrətli dövlət xadimi, dahi şəxsiyyət, uzaqgörən siyasəti ilə bütün region və ondan kənarda yeni reallıq yaradmış, əsrin ən parlaq simalarından olan Heydər Əliyevin bütün həyatını öz Vətəninə - doğma Azərbaycana həsr etdiyini bildirən diplomat hər bir Azərbaycanlının bu xatirələri yaşatmalı olduğunu vurğuladı.

O, Heydər Əliyev irsinin dünyada tanıdılmasında, onun gələcək nəsillərə çatdırmaqda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yaranmasının 15-ci il dönümünü qeyd edən Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etdi. Fondun həm Azərbaycanda, həm də bir sıra digər ölkələrdə mədəniyyət, humanitar, təhsil və bir çox digər sahələrdə mühüm layihələrin uğurla həyata keçirdiyi barədə danışdı. Bildirdi ki, bu gün Azərbaycanın bütün sahələrdə əldə etdiyi davamlı uğurları, ölkəmizin təşəbbüsü ilə dünya miqyaslı layihələrin böyük müvəffəqiyyətlə həyata keçirilməsi - bütün bunlar məhz Ulu öndərin müəyyən etdiyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində mümkün olub.

Sonradan tədbirin qonaqları Ulu Öndərin həyat yolu və fəaliyyəti barədə materiallarla tanış oldu.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi