xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

“Yoluxma sayı oktyabr-noyabr aylarında yüksək olacaq” — Bill Qeyts

27-06-2020, 12:24 163 dəfə baxılıb

“Yoluxma sayı oktyabr-noyabr aylarında yüksək olacaq” — Bill Qeyts


"Microsoft" korporasiyasının qurucusu Bill Qeyts hesab edir ki, ABŞ-da koronavirus infeksiyasına yoluxma sayının yenidən çoxalması testlərin sayının artması ilə əlaqəli deyil.

Azvision.az xəbər verir ki, bu barədə Qeyts "CNN”ə bildirib.

O, ABŞ Prezidenti Donald Trampın və Amerika administrasiyasının digər yüksək vəzifəli şəxslərinin ölkədə yoluxanların sayının artmasının testlərin çoxalması ilə əlaqədar olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərək deyib: "Xeyr, bu tamamilə səhvdir. Şübhəsiz ki, daha çox sınaq keçirərək, daha çox yoluxma halını tapacaqsınız. Ancaq testləri saxlasanız belə, yoluxma sayı artmaqda davam edəcək".

Qeytsin sözlərinə görə, payızda hakimiyyətin test keçirmə imkanları artacaq.

"Lakin bu, müşahidə etdiyimiz artan yoluxma hallarının səbəbi deyildir. İnfeksiyanın yayılmasına qarşı mübarizə Nyu-York istisna olmaqla, ölkə daxilində sürətlə davam edir. Bu problemə indikindən daha ciddi yanaşmasaq, yoluxma sayı oktyabr-noyabr aylarında yenidən çox yüksək olacaq”.

İş adamı, həmçinin əlavə edib ki, yeni koronavirus üçün peyvəndin yaradılması infeksiyanın yayılmasını dayandıracağına zəmanət vermir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi