İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi ölkəsini yaralı aslana, rəqiblərini isə çaqqallara bənzədib.
Bəqayi noyabrın 23-də keçirdiyi mətbuat konfransında ABŞ-nin maliyyə naziri Skott Bessentin İranla bağlı açıqlamalarına cavab verib.
“Bəli, biz yaralanmışıq. Çaqqallarla mübarizədə cəsarət göstərən aslanın yara almamasını gözləmək olmaz. Lakin bu yaralar aslanın nəriltisini daha da gücləndirir, caynaqlarını və dişlərini daha da itiləyir”, – deyə İran XİN rəsmisi bildirib.
Bəqayi vurğulayıb ki, İran aldığı zərbələrə baxmayaraq, özünü daha qətiyyətlə müdafiə edəcək.
Diplomatın sözlərinə görə, əsl yaralı tərəf müharibədə məğlub olan, öz xalqı qarşısında seçkiləri uduzan və İrana qarşı iqtisadi təzyiq siyasətinin nəticə verməməsindən narazı qalan qüvvələrdir.
O, ABŞ-nin İrana qarşı iqtisadi təzyiqlərinin gözlənilən nəticəni vermədiyini də bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.