xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

İran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmir

Bugün, 09:00 1 dəfə baxılıb

İran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmir


İran ABŞ ilə mümkün razılaşma məsələsində hələlik hər hansı irəliləyişin olmadığını açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dövlət televiziyasına müsahibəsində bildirib ki, tərəflər arasında vasitəçilər üzərindən mesaj mübadiləsi əvvəlki qaydada davam edir. Lakin Vaşinqtonla razılaşma istiqamətində yeni bir inkişaf qeydə alınmayıb.

Bəqayi ABŞ-ın əvvəlki mövqeyinin Vaşinqtonun diplomatiyaya səmimi yanaşdığına dair nikbinliyə əsas vermədiyini vurğulayıb. Bununla belə, Tehran öz maraqlarını və qanuni tələblərini təmin etmək, təhdidləri aradan qaldırmaq və regionda təhlükəsizliyi qorumaq məqsədilə diplomatik imkanlardan istifadə etməyə hazırdır.

İran rəsmisi ölkənin silahlı qüvvələrinin mümkün hücumlara qarşı yüksək hazırlıq vəziyyətində olduğunu da bildirib. Onun sözlərinə görə, İran istənilən təcavüzə güclü cavab verməyə hazırdır.

Qətər və Pakistan vasitəçilik edir

ABŞ və İran arasında gərginliyin azaldılması və Hörmüz boğazının yenidən açılması istiqamətində Qətər vasitəçilik səylərini davam etdirir.

Bu çərçivədə oktyabrın 30-da Qətər nümayəndələri Tehranda İran rəsmiləri ilə görüşüb. Daha sonra İran nümayəndə heyəti Dohada vasitəçilərlə iki gün davam edən müzakirələr aparıb.

İranın xarici işlər naziri Abbas Əraqçi də Qətər və Pakistanın vasitəçiliyi ilə intensiv məsləhətləşmələrin aparıldığını açıqlayıb. O bildirib ki, Tehran öz şərtlərini və təkliflərini qarşı tərəfə təqdim edib.

Əraqçi ABŞ-ın diplomatiyanı səmimi şəkildə seçəcəyi təqdirdə İranın danışıqlara hazır olduğunu, hərbi əməliyyatlara üstünlük veriləcəyi halda isə Vaşinqtonun daha ağır cavabla üzləşəcəyini deyib. O, Hörmüz boğazının açılmasının İranın şərtlərinin qəbul edilməsindən asılı olduğunu vurğulayıb.

İran mənbələrinin məlumatına görə, ABŞ Tehran tərəfindən irəli sürülən yeddi şərti yerinə yetirməyənədək danışıqlarda yeni addım atılması gözlənilmir.

Son olaraq Qətər nümayəndə heyətinin ABŞ-nin təklifini İran rəhbərliyinə çatdırmaq üçün Tehrana səfər etdiyi bildirilib. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi isə Vaşinqtonun İranın hüquq və tələblərinə verdiyi cavabın qənaətbəxş olmadığını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi