2026-cı ilin yanvar-oktyabr aylarında Kəlbəcər rayonunda 12 milyon 31,3 min manat dəyərində sənaye məhsulu istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, həmin dövrdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 61 milyon 649 min manat təşkil edib. Bunun 46,7 min manatı bitkiçilik, 61 milyon 602,3 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.
2026-cı ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 487 milyon 111 min manat investisiya yönəldilib.
Cari ilin oktyabrın 1-i vəziyyətinə rayonda muzdla çalışan işçilərin sayı 5,5 min nəfər, onların orta aylıq nominal əməkhaqqı isə 754,3 manat olub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında rayonda 148 yeni iş yeri açılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.