xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:45 – İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 13:01 – Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib 

Rusiya dronu Polşaya GİRDİ - Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ EDİLDİ

Bugün, 10:14 1 dəfə baxılıb

Rusiya dronu Polşaya GİRDİ - Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ EDİLDİ


Noyabrın 24-nə keçən gecə Rusiya ordusunun Ukraynanın qərb vilayətlərinə endirdiyi kütləvi hava zərbələri zamanı Rusiya pilotsuz uçuş aparatı (PUA) Polşanın hava məkanını pozub.

Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı rəsmi məlumat yayıb.

Bildirilib ki, Rusiya zərbələri fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyası dərhal yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Polşa hərbçiləri ölkə səmasına daxil olan dronu real vaxt rejimində izləyib və hətta obyektin məhv edilməsi üçün komandanlıqdan rəsmi icazə də alıblar. Lakin dron istiqamətini şərqə, yenidən Ukrayna ərazisinə doğru dəyişdikdən sonra ona atəş açmamaq barədə qərar verilib.

Hərbi komandanlığın açıqlamasında qeyd olunub ki, pilotsuz uçuş aparatının vurulması nəticəsində qalıqların yerə düşməsi mülki əhali üçün ciddi təhlükə yarada bilərdi və bu səbəbdən silah tətbiqindən imtina edilib.

Polşa mətbuatının (PAP və RMF24) Müdafiə Nazirliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, hava məkanını pozan aparat kameralarla təchiz olunmuş kəşfiyyat dronu olub. PUA Lublin voyevodalığının Dorohusk yaşayış məntəqəsi yaxınlığında sərhədi keçərək bir neçə dəqiqə Polşa səmasında dövrə vurub və üç müxtəlif hava hücumundan müdafiə sistemi tərəfindən izlənilib. Hadisə zamanı Lublin bölgəsində hava həyəcanı siqnalı verilib və əhaliyə sığınacaqlara keçmək barədə xəbərdarlıq göndərilib.

Xatırladaq ki, bir neçə gün əvvəl, noyabrın 20-də də Polşanın Lublin və Altkarpat voyevodalığında naməlum uçan obyektlərin qalıqları aşkarlanıb. Bu insidentlərdən sonra NATO-nun Polşaya erkən xəbərdarlıq və müşahidə imkanlarını gücləndirmək üçün əlavə AWACS təyyarəsi ayırması gündəmə gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi