xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Növbəti ABŞ-İran müharibəsi an məsələsi

21-05-2026, 11:31 4 dəfə baxılıb

Növbəti ABŞ-İran müharibəsi an məsələsi


Ağ Ev bəyan edir ki,düzgün cavab almasaq, müharibə çox tez bitəcək, Tehransa əməliyyat başlarsa, mühairbə regiondan kənara çıxacaq

Tehran ABŞ-ın son təklifinə cavabını nəzərdən keçirir.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Bəqayi bildirib ki, 14 bənddən ibarət olan İran qətnaməsinin orijinal mətninə əsasən bir neçə dəfə mesaj mübadiləsi aparılıb.

"Biz Amerika tərəfinin fikirlərini aldıq və onları öyrənirik", - deyə o bildirib.
Vaşinqton və Tehran Pakistan vasitəsilə təklif olunan atəşkəs sənədinin mətni ilə bağlı mesaj mübadiləsi aparırlar.

ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, İranla yolun sonundayıq: “Görək nə olacaq. Ya razılaşma əldə edəcəyik, ya da bir az xoşagəlməz olacaq bəzi şeylər edəcəyik, amma ümid edirik ki, bu baş verməyəcək.
İdeal olaraq, çox yox, mümkün qədər az insanın ölməsini görmək istərdim. Biz bunu hər halda edə bilərik", - Tramp edib.

Tramp əlavə edib ki, İran sülh razılaşmasına razı olmazsa, ABŞ Tehrana hücumları davam etdirməyə hazırdır. Lakin Tramp "düzgün cavabları almaq" üçün bir neçə gün daha gözləməyə hazırdır.

"İnanın mənə, əgər düzgün cavabları almasaq, bu, çox tez bitəcək. Hamımız getməyə hazırıq", - Tramp qeyd edib.

Tehran da öz növbəsində bəyan edib ki, ABŞ hücumları bərpa edərsə cavab ağır olacaq.
Bu barədə SEPAH-ın açıqlamasında deyilir ki, əgər İrana qarşı təcavüz təkrarlanarsa, vəd edilmiş regional müharibə bu dəfə regiondan kənara çıxacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi