xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 15:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

Lukaşenkodan Zelenskiyə gözlənilməz təklif: "Birlikdə Moskvaya uçaq"

Bugün, 09:26 2 dəfə baxılıb

Lukaşenkodan Zelenskiyə gözlənilməz təklif: "Birlikdə Moskvaya uçaq"


Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenski ilə birlikdə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə hazır olduğunu bildirib.

A.Lukaşenko bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.

“Volodimir Zelenski ilə birlikdə oturub Moskvaya uça bilərik. İkimiz. Mən onun təhlükəsizliyinin təminatçısı kimi onunla bir təyyarəyə minib Moskvaya gedə bilərəm”, – deyə Belarus lideri qeyd edib.

Lukaşenko belə bir danışıqlar formatının müsbət nəticə verəcəyinə əminliyini ifadə edib. Onun fikrincə, bu halda müharibənin dayandırılması və gələcək münasibətlərin qurulması ilə bağlı avropalılarla müqayisədə daha tez razılığa gəlmək mümkündür:

“Onsuz da Ukrayna, Belarus və Rusiyanın gələcəyini üçümüz müəyyən edəcəyik. Biz üç slavyan xalqıyıq. Tarixən də, indi də bu regionda gələcəkdə necə yaşayacağımıza dair qərarı bu üç əsas slavyan xalqı verəcək”.

Jurnalistlərdən birinin Zelenskinin belə bir danışıqlar formatına razı olmayacağı barədə sualına isə Lukaşenko sərt cavab verib: “Razılaşmasa, qoy döyüşsün. Qoy özü avtomat götürüb cəbhəyə getsin və vuruşsun. Müharibə gedir, onu dayandırmaq lazımdır. Biz isə razılığa gələ bilərdik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi