xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:45 – İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 13:01 – Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib 

Putindən Vaşinqtona "İNCƏ MESAJ" - Trampın kürəkəninə göstərdiyi MƏXFİ QOVLUQDA NƏ OLUB?

Bugün, 15:30 0 dəfə baxılıb

Putindən Vaşinqtona "İNCƏ MESAJ" - Trampın kürəkəninə göstərdiyi MƏXFİ QOVLUQDA NƏ OLUB?


Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Moskvada keçirilən görüş zamanı, Kuşnerin babasının faşizm əleyhinə müqavimət hərəkatındakı iştirakını əks etdirən arxiv sənədlərini təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə Donald Trampın kürəkəni Cared Kuşner nüfuzlu "New York Magazine" jurnalına verdiyi müsahibədə danışıb.

Məlumata görə, Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqların növbəti raundu çərçivəsində baş tutan görüşdə Rusiya lideri gözlənilmədən dövlət arxivlərindən götürülmüş xüsusi bir qovluq çıxarıb.

Həmin sənədlərdə Kuşnerin babasının İkinci Dünya müharibəsi illərində Belarus ərazisində fəaliyyət göstərən yəhudi partizan dəstəsindəki döyüş yolu və müqavimət fəaliyyəti ətraflı şəkildə əks olunub.

Kuşnerin sözlərinə görə, Kremlin bu addımı təsadüfi olmayıb.

O, Putinin bu jestini Moskva ilə Vaşinqtonun nasist Almaniyasına qarşı mübarizədə vaxtilə müttəfiq olduqlarına və bu gün də "eyni tərəfdə" dayana biləcəklərinə dair "incə bir diplomatik işarə" kimi dəyərləndirib.

Qeyd edək ki, Kuşner müsahibəsində Ukrayna üzrə gələcək danışıqların gündəliyinə də toxunub.

O bildirib ki, müzakirələrin əsas istiqamətlərini təhlükəsizlik zəmanətləri, Ukraynanın Avropa İttifaqına üzvlük perspektivi və ölkənin müharibədən sonrakı bərpa planı təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi