xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!

Bugün, 16:00 1 dəfə baxılıb

Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!


Türkiyədə ölkənin inzibati xəritəsini köklü şəkildə dəyişdirə biləcək böyük layihə gündəmə gətirilib.

Musavat.com xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 19 yeni vilayət və 78 yeni rayon yaradılmasını nəzərdə tutan “100 vilayət, 1000 rayon” layihəsinin təfərrüatlarını açıqlayıb.

Baxçalı bu barədə “Türkgün” qəzetinə müsahibəsində danışıb.

MHP lideri bildirib ki, Türkiyədə əhalinin artması, demoqrafik vəziyyətin dəyişməsi, şəhərləşmənin sürətlənməsi və sosial-iqtisadi inkişaf mövcud inzibati idarəetmə sistemində islahatları zəruri edir.

Onun sözlərinə görə, partiyanın hazırladığı layihə çərçivəsində 19 yeni vilayət və 78 yeni rayon yaradılması nəzərdə tutulur.

“Milliyyətçi Hərəkat Partiyası olaraq hazırladığımız layihə ilə 19 yeni vilayət və 78 yeni rayon yaradılmasını nəzərdə tuturuq. Əhalinin sayı, inkişaf potensialı, coğrafi vəziyyət, dövlət xidmətlərinə çıxışda yaşanan çətinliklər və strateji mövqe kimi obyektiv meyarlar əsasında müəyyən edilən rayonların vilayət statusuna yüksəldilməsini hədəfləyirik”, – Baxçalı bildirib.

MHP sədrinin sözlərinə görə, hansı rayonların vilayətə çevriləcəyi müvafiq dövlət qurumlarının qiymətləndirmələri və razılaşdırılmış meyarlar əsasında müəyyənləşdiriləcək. Yekun qərarı isə Türkiyə Böyük Millət Məclisi qəbul edəcək.

Baxçalı layihənin yalnız inzibati dəyişiklik olmadığını, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, yerli idarəetmənin gücləndirilməsinə və əhalinin dövlət xidmətlərinə çıxışının asanlaşdırılmasına xidmət etdiyini vurğulayıb.

O, yeni vilayət və rayonların yaradılması ilə bağlı qanun layihəsinin qarşıdakı dövrdə parlamentin gündəminə gətirilə biləcəyini də açıqlayıb.

Türkiyədə hazırda 81 vilayət və 922 rayon mövcuddur. MHP-nin təklif etdiyi dəyişikliklər qəbul olunarsa, vilayətlərin sayı 100-ə, rayonların sayı isə 1000-ə çatacaq.

Türkiyədə sonuncu dəfə 1999-cu ildə Düzcə vilayət statusu alıb. Həmin vaxtdan 27 il keçir. Yeni layihənin reallaşması ölkənin inzibati xəritəsində son 27 ilin ən böyük dəyişikliklərindən biri ola bilər.

Türkiyə mətbuatında Antalya vilayətinin Alanya və Manavqat, Balıkesir vilayətinin Bandırma, Hatayın İsgəndərun, Tekirdağın Çorlu, Muğlanın Fəthiyə, Şanlıurfanın Siverek və Mardinin Midyat rayonlarının gələcəkdə ayrıca vilayətə çevrilməsi ehtimalı müzakirə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi