xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir

Bugün, 12:05 1 dəfə baxılıb

Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir


Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür.
Artıq kompensasiya ödənilmiş evlərin böyük hissəsi sökülüb. Ödənişini hələ almayan mülkiyyətçilərin əmlakları üzrə isə kompensasiya prosesi başa çatdıqdan sonra növbəti mərhələdə söküntü işləri aparılacaq.

Məlumata görə, kompensasiya məbləğləri vətəndaşlara təxminən 3-4 ay əvvəl təqdim edilib və mülkiyyətçilərin əksəriyyəti təklif olunan şərtlərlə razılaşıb. Yaşayış sahəsinin hər kvadratmetri üçün 1200 manat, qeyri-yaşayış sahələri üçün 600 manat kompensasiya müəyyənləşdirilib. Bundan əlavə, hasarların hər metri 200 manat, şombaların hər biri isə 300 manat məbləğində qiymətləndirilib.

Kompensasiya hesablanarkən yalnız evin sahəsi deyil, torpaq ərazisindəki anbar, zirzəmi, ağaclar və digər əlavə tikililər də nəzərə alınıb. Evin ölçüsündən və ərazidəki tikililərdən asılı olaraq, bəzi mülkiyyətçilərə ümumilikdə 100 min manatdan artıq kompensasiya hesablanıb.

Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ADY tərəfindən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan dəmiryol layihələrinin icrası davam etdirilir:

"Dövlət Proqramı çərçivəsində Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Qaradağ-Güzdək xətlərinin yenidən qurulması üzrə işlər aparılır.

Bakıxanov-Binə-Qala xətti ilə bağlı yol layihəsi üzrə işlər başa çatıb. Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə mülkiyyətçilərlə protokollar imzalanıb, 200-dən çox mülkiyyətçiyə kompensasiya ödənilib. Proses davam edir. Dövlət Proqramına əsasən, Bakıxanov-Binə-Qala xəttinin bərpası layihəsinin icra müddəti 2026-2028-ci illəri əhatə edir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi