xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 10:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 10:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 10:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

İsraildə ilk: Fələstinliləri təmsil edən partiya hökumətdə yer alacaq

3-06-2021, 11:07 68 dəfə baxılıb

İsraildə ilk: Fələstinliləri təmsil edən partiya hökumətdə yer alacaq


İsraildə ilk dəfə fələstinliləri təmsil edən ərəb partiyası hökumətdə təmsil olunacaq.

“Xarici KİV xəbər verir ki, ərəb partiyası İsrailin baş naziri Benyamin Netanyahunun rəqibləri Yeş Atid (Gələcək var) və Yamina Partiyalarının liderliyindəki müxalifət partiyasına qoşulacaq.

Söhbət İsrail vətəndaşı olan fələstinlilərin qurduğu və İsrail parlamentində 4 millət vəkili olan Birləşmiş Ərəb Siyahısından (Raam) gedir. Partiyanın lideri Mənsur Abbas 8 partiyadan ibarət olacaq kolaisiya hökumətinə qatılmaq üçün imza atıb.

Hökumətin etimad səsini qazanarsa, Raam yeni hökumətdə yer alacaq.
M.Abbas ilk dəfə bir ərəb partiyasının hökumətə qatılması ilə bağlı qərar verməyin o qədər də asan olmadığını bildirib:

“Çox sayda müzakirələr var, amma biz hökumətin qurulması üçün yaxşı fürsət olduğuna inanırıq”.

Yeni koalisiya hökumətinin qurulması üçün ən gec 14 iyuna qədər etimad səsini qazanaraq and içməlidir. Əgər yeni koalisiya hökuməti qurularsa, B.Netanyahunun 12 illik baş nazirlik dövrü başa çatacaq.

Xatırladaq ki, bu il martın 23-də İsraildə son 2 ildə 4-cü dəfə erkən parlament seçkiləri keçirilib. Seçkilərdə heç bir partiya hökuməti formalaşdırmaq üçün parlamentdə mütləq çoxluq olan 61 millət vəkilinə çata bilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi