xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Abbas Əraqçı ABŞ-la nüvə danışıqları üçün Maskata gəldi – gərginlik son həddə

6-02-2026, 09:48 3 dəfə baxılıb



İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-la aparılacaq nüvə danışıqları çərçivəsində Maskat, Oman paytaxtına səfər edib. Danışıqlar regionda misli görünməmiş hərbi-siyasi gərginlik fonunda keçirilir.

Məlumata görə, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcı qruplaşmalar, strateji bombardmançı aviasiya və əlavə qüvvələr İran ətrafında və Yaxın Şərqdə yerləşdirilib. Bu hərbi aktivlik Vaşinqtonun Tehrana qarşı açıq təzyiq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ administrasiyası diplomatik danışıqlardan konkret nəticə almaq üçün güc faktorunu paralel şəkildə gündəmdə saxlayır.

Diplomatik mənbələrin bildirdiyinə görə, Vaşinqton İranın nüvə proqramı üzrə öhdəliklərə ciddi şəkildə əməl etməsini, zənginləşdirmə səviyyəsinin məhdudlaşdırılmasını və beynəlxalq nəzarət mexanizmlərinin bərpasını tələb edir. ABŞ tərəfi açıq şəkildə xəbərdarlıq edir ki, əgər danışıqlarda irəliləyiş əldə olunmazsa və Tehran razılaşma şərtlərini qəbul etməzsə, hərbi ssenari yenidən gündəmə gələ bilər.

Danışıqlarda İran nümayəndə heyətinə Abbas Əraqçı rəhbərlik edir. O, uzun illər İranın nüvə diplomatiyasında əsas fiqurlardan biri olub və əvvəlki razılaşmaların hazırlanmasında birbaşa iştirak edib. ABŞ tərəfdən isə danışıqlarda Prezident administrasiyasının xüsusi nümayəndəsi, Yaxın Şərq və İran dosyesi üzrə əsas fiqur hesab olunan Stiv Uitkoff və onun komandası iştirak edir. Görüşlər Omanın vasitəçiliyi ilə, qapalı formatda keçirilir.

Rəsmi Tehran bəyan edir ki, danışıqlar yalnız nüvə proqramı mövzusu ilə məhdudlaşmalıdır və ballistik raketlər, eləcə də İranın regiondakı müttəfiq qruplarla münasibətləri müzakirə predmeti ola bilməz. Vaşinqton isə bu mövqeni kifayət qədər hesab etmir və daha geniş razılaşma modelində israr edir.

Musavat.com-a görə, Maskat danışıqları ya gərginliyin azaldılması üçün son diplomatik imkanlardan biri olacaq, ya da əksinə, razılaşmanın baş tutmaması Yaxın Şərqdə yeni və daha təhlükəli mərhələnin başlanğıcına çevrilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi