xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

İran XİN rəhbəri: ABŞ-ın nüvə obyektlərinə zərbələri geniş və ciddi ziyan vurub

27-06-2025, 09:43 8 dəfə baxılıb



İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın ölkənin nüvə infrastrukturlarına endirdiyi zərbələrin nəticələrinin çox ağır olduğunu açıqlayıb.

Onun sözlərinə görə, hücumlar İranın strateji nüvə obyektlərinə “geniş və ciddi” dərəcədə ziyan vurub.

“Deməliyəm ki, ziyan geniş və ciddi xarakter daşıyır. Amma Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin obyektlərə səfər edib hərtərəfli məlumatlandırılması məsələsi parlamentin qəbul etdiyi qanunlara uyğun şəkildə həll olunmalıdır,” – deyə Abbas Əraqçi İranın dövlət xəbər kanalı IRINN-ə müsahibəsində bildirib.

Nazir həmçinin qeyd edib ki, bu məsələdə yekun qərarı İranın Ali milli təhlükəsizlik şurası verməlidir:
“Bu, strateji məsələdir və düşünürəm ki, qərar qəbul etmək hüququ yalnız Ali milli təhlükəsizlik şurasına məxsusdur".

Qeyd edək ki, Vaşinqton addımını regiondakı təhlükəsizlik təhdidləri ilə izah edib. Tehran isə bu hücumları beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir.

Rəsmi mənbələr hücum nəticəsində nüvə obyektlərində baş verən dağıntıların miqyasını tam açıqlamasa da, ilkin məlumatlara görə, obyektlərin bərpası üçün uzunmüddətli və böyük həcmli resurslar tələb olunacaq.

İran rəsmiləri hücumla bağlı beynəlxalq təşkilatları və BMT Təhlükəsizlik Şurasını təcili reaksiya verməyə çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi