xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

İranın dəhşətli planı üzə çıxdı: ABŞ hücumu olarsa...

29-01-2026, 09:00 9 dəfə baxılıb



Yaxın Şərqdə gərginlik yeni, daha təhlükəli mərhələyə keçir.

Financial Times nəşrinin məlumatına görə, ABŞ-nin İranda rejim dəyişikliyinə yönəlik addım atacağı təqdirdə Tehran cavab olaraq regiondakı neft və qaz infrastrukturuna, xüsusilə də neft emalı müəssisələrinə kütləvi zərbələr endirməyi nəzərdən keçirir.

Mənbələrin bildirdiyinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Yaxın Şərq ölkələrinə açıq xəbərdarlıq göndərərək ABŞ-nin mümkün hərbi əməliyyatlarının Hörmüz boğazından neft tankerlərinin keçidini ciddi təhlükə altına sala biləcəyini bildirib. Bu isə qlobal enerji tədarükünün əsas damarlarından birinin iflic olması deməkdir.

FT yazır ki, region ölkələri artan risk fonunda gərginliyin böyüməsinin qarşısını almaq üçün həm İran, həm də ABŞ-la paralel danışıqlar aparır. Həmin dövlətlər Tramp administrasiyasına açıq şəkildə xəbərdarlıq ediblər ki, Tehran Vaşinqtonun məqsədinin rejim dəyişikliyi olduğunu hiss edərsə, cavab addımı olaraq Yaxın Şərqdəki neft və qaz obyektələrini birbaşa hərbi hədəfə çevirə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi