xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

AÇIQLANDI! Tramp ilk olaraq ONLARI ÖLDÜRƏCƏK – Siyahıda Xamenei də var

26-01-2026, 09:21 5 dəfə baxılıb



ABŞ-İran gərginliyi fonunda “Israel Hayom” internet nəşri Vaşinqtonun mümkün hərbi planları ilə bağlı diqqətçəkən iddia irəli sürüb.

Nəşr yazır ki, ABŞ prezidenti Donald Tramp cəmi bir həftə əvvəl “İranda yeni liderliyə ehtiyac var” bəyanatını səsləndirib və bu açıqlama Tehranda ciddi narahatlıq doğurub.

Məlumatda qeyd olunur ki, ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə intensiv şəkildə cəmləşdirilməsi fonunda İranda hansı yüksək rütbəli şəxslərin və hansı strateji obyektlərin potensial hücum hədəfi ola biləcəyi ilə bağlı müzakirələr genişlənib. Nəşrin iddiasına görə, mümkün ssenarilərdə İranın hərbi-siyasi rəhbərliyinin ən üst səviyyədəki fiqurları əsas risk qrupunda yer alır.

“Israel Hayom”un yazdığına əsasən, potensial hədəf kimi göstərilən şəxslərin siyahısında aşağıdakı adlar yer alır:

İranın Ali Rəhbəri Əli Xamenei

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni komandanı Məhəmməd Pakpur

Fövqəladə qərargahın rəhbəri Qulaməli Rəşid

İran Ordusunun komandanı Əmir Hatəmi

Ordu və SEPAH-ın Baş Qərargah rəisi Əbdürrəhim Musəvi

Bəsic milis qüvvələrinin komandanı Qulamrza Süleymani

Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani

Əli Xameneinin müşaviri Əli Şəmxani

Nəşr vurğulayır ki, sözügedən siyahı rəsmi şəkildə təsdiqlənməyib və ABŞ administrasiyası tərəfindən açıqlanmış rəsmi hədəf planı mövcud deyil. Bununla belə, yayılan məlumatlar ABŞ-İran qarşıdurmasının hərbi mərhələyə keçə biləcəyi ehtimallarını gücləndirir və regionda gərginliyi daha da artırır.

Qeyd olunur ki, Tehran tərəfi ABŞ-dan gələ biləcək istənilən hücumu “tammiqyaslı müharibə aktı” kimi qiymətləndirəcəyini dəfələrlə bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi