xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

İran ABŞ-ni Yaxın Şərqdəki müttəfiqlərini vurmaqla hədələdi

11-10-2024, 12:26 4 dəfə baxılıb

İran ABŞ-ni Yaxın Şərqdəki müttəfiqlərini vurmaqla hədələdi


İran hücuma məruz qalacağı təqdirdə ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərini vurmaqla hədələyib.

Bu barədə “The Wall Street Journal” (WSJ) yazır.

Nəşrin yazdığına görə, İran hakimiyyəti gizli diplomatik kanallar vasitəsilə ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərini ərazilərindən və ya hava məkanından İrana hücum etmək üçün istifadə edilərsə, onlara zərbə endirməklə hədələyib.

"Tehran hətta bununla bağlı İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərə xəbərdarlıq edib", - WSJ yazıb.

Nəşrin məlumatına görə, bütün bu ölkələr İrana hücumlar üçün ABŞ və İsrailə hərbi infrastruktur və ya hava məkanı vermək istəmədikləri barədə Vaşinqtonu artıq xəbərdar ediblər.

“The New York Times”ın yazdığına görə, İsrailin cavab zərbəsinin ən çox ehtimal olunan hədəfi İran hərbi bazaları olacaq. Tehran isə öz növbəsində yəhudi dövlətinin enerji infrastrukturunu sıradan çıxara biləcək daha dağıdıcı zərbə ilə hədələyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi