xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Rusiya heyrətamiz cavab hazırlayır: “Bankova əməliyyatı” nədir? – Arkovdan ŞOK

5-06-2025, 09:00 4 dəfə baxılıb

Rusiya heyrətamiz cavab hazırlayır: “Bankova əməliyyatı” nədir? – Arkovdan ŞOK


Avropa Ukrayna ilə gizli enerji və torpaq müqavilələri bağlamaq istəyir, lakin Moskva bu planları qəbul etmir.
“PolitRus” analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov Globalinfo.az-a geniş müsahibəsində Ukraynanın Rusiyaya dron hücumları, bu prosesdə Qərbin rolu və mümkün cavab ssenariləri barədə diqqətçəkən fikirlər səsləndirib.

O bildirib ki, Bryansk və Kursk vilayətlərində körpülərin partladılması təkcə Ukraynanın deyil, Paris və Londonun da iştirak etdiyi planlı terror aktlarıdır. Bəzi Qərb ölkələri Ukraynaya yalnız silah və maliyyə ilə deyil, həm də peyk kəşfiyyatı və strateji göstərişlərlə dəstək verir.

Politoloqun fikrincə, Qərbin əsas planı Rusiya ilə iqtisadi və geosiyasi maraqlar uğrunda dolayısı müharibə aparmaqdır. Bu məqsədlə Ukrayna bir tramplin, əhalisi isə “canlı sipər” kimi istifadə olunur. Avropa Ukrayna ilə gizli enerji və torpaq müqavilələri bağlamaq istəyir, lakin Moskva bu planları qəbul etmir.

Kiyevə “Bankova əməliyyatı” gözlənilir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlamalarına istinad edən Arkov, Rusiya tərəfinin Kiyevə qarşı dəqiq və sarsıdıcı cavab planlaşdırdığını deyib. Onun sözlərinə görə, bu işdə Moskvaya hətta Ukrayna hökumətində simpatiya bəsləyənlər də kömək edir:

“Bankova küçəsində hakimiyyətin dəyişdirilməsi, Zelenskinin kənarlaşdırılması, yəni “Bankova əməliyyatı” real gündəmə çevrilib. Moskva mülki vətəndaşlara zərər vermədən, konkret hədəfə yönəlmiş cavab zərbəsinə hazırlaşır”.

Danışıqlarda dönüş gözlənilir

Arkov İstanbulda aparılan danışıqların Ukrayna münaqişəsinin həllində yeganə real yol olduğunu deyib. Onun fikrincə, əgər Tramp yenidən prezident olsa və danışıqları irəli aparsa, bu, həm Nobel Sülh Mükafatı, həm də yeni dünya düzəninə aparan yol kimi qiymətləndirilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi