xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:05 – Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB 
  • 12:58 – Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR 
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 20:44 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 

Ukraynanın beş bəndli qələbə planı: Zelenski Rusiyanı necə məğlub etmək istəyir?

6-09-2024, 09:50 0 dəfə baxılıb

Ukraynanın beş bəndli qələbə planı: Zelenski Rusiyanı necə məğlub etmək istəyir?


ABŞ-nin "NBC News" telekanalına müsahibə verən Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, onun beş bəndlik qələbə planı var.

Planın bəndlərindən biri də Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatdır.

Zelenski qeyd edib ki, öz planını hələ ABŞ Prezidenti Co Baydenə təqdim etməyib, çünki indiyədək Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki uğurunu gözləyib.

Kursk əməliyyatının əsl mahiyyətini izah edən Zelenski gözlənilməz etiraf edib. Onun sözlərinə görə, Ukrayna ordusu Qərbin diqqətini silah təchizatında, xüsusilə artilleriya mərmilərindəki çatışmazlığa cəlb etmək üçün qeyri-ənənəvi addım atmalı idi.

Zelenskinin fikrincə, Ukrayna Silahlı Qüvvələri öz məqsədlərindən birinə nail ola bilib və Rusiya ordusu Ukraynadakı cəbhələrdən 60 min hərbçini çıxarıb.

Dövlət başçısı bəyan edib ki, onun qələbə planı beş bənddən ibarətdir, lakin o, bu bəndləri daha ətraflı açıqlamaqdan imtina edib.

"Dördü bizə lazım olan şeydir, biri isə müharibədən sonradır", - deyən Ukrayna prezidenti əlavə edib ki, Qərb müttəfiqləri bu işdə kömək edə bilərlər.

Eyni zamanda o, etiraf edib ki, Rusiyasız sülhə nail olmaq mümkün deyil.

"Biz başa düşürük ki, Rusiya tərəfi olmadan bu müharibəni diplomatik yolla bitirmək çox çətindir. Və bütün ölkələr bizdən xahiş etdilər ki, ikinci sammitdə Rusiya Federasiyasının nümayəndələri də olsun. Dedik ki, biz bunun əleyhinə deyilik, gəlin plan hazırlayıb onları çağıraq", - Zelenski bildirib.(Oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi